|
Bakı - 1997-ci il |
|
Ədalət Əbdinov LALƏ ŞÖVKƏT ƏBƏDİ HƏQİQƏT |
|
Ömrün səhifəsi Böyük siyasətçi və peşəkar dövlət xadimi, tibb və fəlsəfə elmləri doktoru, professor Lalə Şövkət xalqına misilsiz xidmətlər edən fövqəl'adə bir şəxsiyyətdir. Müstəqil Azərbaycan inkişaf etdikcə, məmləkətin ən güclü siyasi partiyalarından biri - Azərbaycan Liberal Partiyasının liderinin xalq, vətən qarşısında xidmətləri daha aydınlığı ilə dərk olunacaq. Onun şəxsiyyəti reallaşacağı vaxtı gözləyən olduqca böyük potensial imkanlara malikdir. Lalə Şövkət 1951-ci ildə, noyabrın 7-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Şövkət Hacıyev - Müslüm Hacıbala oğlu Xəlifbəylinin oğlu - 1912-ci ildə Azərbaycanın dilbər guşəsi Quba rayonunda dünyaya göz açıb. İxtisasca dilçi - tarixçi olan Ş.Hacıyev uzun illər maarif sahəsində məs'ul vəzifələrdə işləmişdir. Azərbaycan Xalq Azadlıq Partiyasının bilavasitə təşkilatçısı olub. 1948-ci ildə bu partiyaya Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı verilmiş və Şövkət Hacıyev 1950-1955-ci illərdə bu siyasi təşkilata rəhbərlik etmişdir. Partiyanın məqsədi Azərbaycanı kommunist imperiyası müstəmləkəsindən, Stalin zülmündən xilas etmək, müstəqil milli dövlət yaratmaq idi. Azərbaycanın müstəqilliyi uğrunda ilk mübarizlərdən biri Şövkət Hacıyev 2 mart 1983-cü ildə ürək xəstəliyindən vəfat edib. Lalə Şövkətin anası Siddiqə xanım Şıxəlibəy Useynovun qızı 1920-ci ildə Bakıda anadan olmuşdur. Şıxəlibəy Useynov 1933-cü ildə dünyasını dəyişib. Şıxəlibəy Useynovun qardaşları, müsavatçılar - Yusif, Rəhman və Yunis Useynovlar 1937-ci ildə Sibirə sürgün ediliblər. Həkim, elmlər namizədi, dosent Siddiqə xanım Useynova 8 mart 1988-ci ildə vəfat etmişdir. Təxminən 20 il Azərbaycandan uzaqlarda yaşayan Lalə xanımın valideynlərinin xatirəsinə ehtiramı hamıya nümunə ola bilər. "Azərbaycan qadını" jurnalının 11 dekabr 1990-cı il tarixli nömrəsində dərc olunmuş "Kimdir ölkə vətəndaşı?" məqaləsində oxuyuruq: "Lalə xanım idarə etdiyi maşını Moskvadakı bir körpünün yanında saxladı: özü və yanındakı 10 yaşlı Sidqi bir anlıq sükuta daldılar. Sonra isə əllərini üzlərinə çəkib salavat çevirdilər. Sükutla və təəccüblə onları müşahidə edirdim. Lalə xanım dedi: "Gördüyünüz bu yerə ata-anamın məzarından bir ovuc torpaq gətirib atmışam. Hər dəfə buradan keçəndə onlarını xatirəsini yad edirik". N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunun tələbəsi olarkən Lalə Şövkət Bakı Dövlət Universitetinin filologiya fakultəsinin azad dinləyicisi olmuşdur. Axşam şö'bəsində təhsil alan tələbələrə bə'zən mə'ruzələr də oxuyurdu. Tələbə Lalə Şövkət rus dilində təhsil almasına baxmayaraq C.Cabbarlının bir çox əsərlərini Azərbaycan dilində tibb işçilərinin mədəniyyət evində səhnəyə qoymuşdur. Qeyri-adi rejissorluq iste'dadına görə Möhsün Sən'ani Lalə xanıma Azərbaycan İncəsənət İnstitutunun rejissorluq fakultəsinə imtahansız qəbul olunmasının təklif etmişdir. O, poeziyaya, həm də musiqiyə (pianoda muğamlarımızın mahir ifaçısıdır) qəlbən bağlıdır. İslam, xristian, buddizm dinlərinin tarixi köklərinə, mə'ziyyətlərinə mükəmməl bələdliyi din ideoloqlarını heyrətləndirir. Lalə Şövkət Azərbaycan Dövlət Tibb institutunu bitirəndən sonra internaturanı və klinik ordinaturanı Patris Lumumba adına Moskva Universitetinin cərrahiyyə kafedrasında dünya şöhrətli alim, akademik V.V.Vinoqradovun rəhbərliyi ilə keçmişdir. Yeri gəlmişkən qeyd edək ki, Lalə Şövkət institutda oxuyarkən Lenin komsomolu sıralarını bu təşkilatın məddahlığına görə tərk edib. Kommunist Partiyasının isə heç özvö olmamışdır. 0, 25 yaşında ikən namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək Moskvadakı 7 nömrəli "Təcili yardım" klinik xəstəxanasında cərrah işləmişdir. 1978-ci ildə N.V.Sklifosovski adına Moskva şəhər elmi tədqiqat tə'cili yardım institutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamış, sonra isə aparıcı elmi mütəxəssis və şö'bə rəhbəri vəzifəsini yerinə yetirmişdir. Bu institutda çalışarkən Lalə Şövkətin apardığı elmi-tədqiqat işlərinin nəticələri keçmiş İttifaq (SSRİ Səhiyyə Nazirliyinin üç əmrində və metodiki göstərişlərində), Rusiya Federasiyası (SSRİ Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş metodik tövsiyyələrdə) və Moskva miqyasındakı (əmr və metodik tövsiyyələrdə) direktiv sənədlərdə öz əksini tapmışdır. O, institutun problem komissiyasının üzvü olmuşdur. Rus və Azərbaycan dilləri ilə yanaşı türk, fars və ingilis dillərini mökəmməl bilən analitik mühakiməyə, güclü yaddaşa və yüksək siyasi məntiqə, mədəniyyətə malik nurlu şəxsiyyət olan - professor Lalə Şövkət 70-ə yaxın elmi əsərin müəllifidir. O, dəfələrlə SSRİ Elmlər Akademiyasının elmi şurasının plenumlarında, ümumittifaq konfrans və müşavirələrdə səhiyyənin təşkili məsələlərinə aid mə'ruzələrlə çıxış etmişdir. SSRİ Xalq Nəzarət Komitəsinin xətti ilə mütəxəssis ekspert kimi səhiyyə orqanlarını yoxlamaq üçün yerlərdə olmuşdur. 37 yaşında müvəffəqiyyətlə "Moskva şəhərində əhaliyə tə'cili tibb yardımının müasir vəziyyəti və inkişaf perspektivləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat mərkəzində səhiyyənin təşkili və idarə olunması şö'bəsinin müdiri olmuşdur. Onun elmi tədqiqatları keçmiş SSRİ-də səhiyyənin inkişafına səmərəli tə'sir göstərmiş, beynəlxalq aləmdə yüksək qiymətləndirilmişdir. Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq sosial gigiyena mütəxəssisləri və səhiyyə təşkilatları asosiasiyasının vitse prezidenti, Beynəlxalq ekologiya fondu rəy'asət hey'ətinin üzvü olmuşdur. Taleyə çevrilən yol Lalə Şövkət 80-cı illərin ortalarından elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi sahədə də fəal işləmiş, qanunun aliliyinin bərqərar edilməsi, insan hüquqlarına və ləyaqətinə hörmət naminə cəmiyyətin sivilizasiyalı qaydada yenidən qurulması, hüquqi dövlətin əsaslarının, yeni siyasi institutların yaradılması problemlərindən bəhs edən aktual yazılarla mərkəzi mətbuatda müntəzəm çıxış etmişdir. Moskvada "SSRİ-də demokratik islahatlar uğrunda hərəkatlarını, eyni zamanda "Azərbaycan Respublikasında demokratik islahatlar və insan hüquqlarının müdafiəsi uğrunda" Beynəlxalq ictimai-siyasi hərəkat yaratması onun əvəzsiz xidmətlərindəndir. Əslində bu hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatı olmuşdur. Bu hərəkatın üzvlərini yalnız bir məqsəd birləşdirirdi: Azərbaycanda həqiqi demokratik vətəndaş cəmiyyətinin qurulması, şəxsiyyət azadlığı və hüquqlarının müdafiəsi, inkişaf istiqamətinə yönələn radikal siyasi, iqtisadi və sosial islahatların keçirilməsinə tə'sir etmək. Lalə Şövkət böhranın sür'ətlə artdığı bütün totalitarizm məkanında əsl kütləvi demokratik hərəkat təşkil etmək məqsədi ilə 80-90-cı illərin ayrıcında sosialist ölkələrinin demokratik dairələrinin, Qərbi Avropa dövlətlərinin müxtəlif partiyalarının liderləri ilə fəal surətdə məsləhətləşmələr aparırdı. Beynəlxalq hərəkat xalqın yoxsul təbəqələrinin mənafeyi naminə sosial mühiti saflaşdırmaq üçün Lalə Şövkətin rəhbərliyi altında konkret tədbirlər həyata keçirilməyə başladı. 1991-ci ildə Rusiyanın Baş naziri N.Silayev onu rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb etdi. Hələ 1991-ci ilin başlanğıcında SSRİ-nin azərbaycanlı diasporası Azərbaycan xalqına qarşı Ermənistanın təcavüzü, mərkəzin riyakar ikili standart taktikası haqqında əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmağa qadir olan tanınmış lider kimi Lalə Şövkətə üz tutdu. Bəli, 1990-cı ilin qanlı yanvar faciəsində ilk dəfə informasiya blokadasını yaran məhz Lalə Şövkət olub. Yanvarın 20-də sübh tezdən o, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib oraya daxil olmaq istəmiş, lakin xüsusi tə'yinatla orada olanlar onu içəri buraxmamışlar. Belə olan halda Lalə Şövkət operativ şəkildə Amerikanın CNN teleşirkətinə müsahibə vermişdir. O, çıxışında Azərbaycana edilmiş hərbi təcavüzə tam siyasi qiymət verərək bu hərbi aksiyanı konstitusiyaya, demokratiyaya zidd hərəkət adlandırmış, doğma xalqına xəyanət edildiyini dünyaya bildirmişdir. Lalə xanımın haqq səsi Türkiyənin, Norveçin, İsveçin radiolarından gəlmiş, onun çıxışları Amerika, Hindistan, İraq, Livan və s. xarici ölkələrin kütləvi informasiya vasitələrində yayılmışdır. Qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirilən mətbuat konfransı məhz Lalə Şövkətin sə'y və qətiyyəti sayəsində baş tutmuşdur. Amerikanın NBC informasiya agentliyinin müxbiri həmin mətbuat konfransını "Azərbaycan xalqının mənlik şüurunun artması prosesində tarixi məqam" adlandırmışdı. Azərbaycan həqiqətlərinin qarşısına qadağalar qoyulduğu bir vaxtda "Moskovskiye novosti" qəzetində dərc olunmuş "Bakı, Yanvar, 1990-cı il" məqaləsi bir çox qaranlıq mətləbləri işıqlandırdı. Məqaləni oxuyandan sonra Lalə xanım bir qrup azərbaycanlı ziyalı ilə qəzetin redaksiyasına getmiş, jurnalistləri böyük qızıl gül dəstələri ilə təbrik etmiş və xalqımız adından minnətdarlıq məktubunu oxumuşdur. Məktubda deyilirdi: "Azərbaycan ətrafındakı informasiya blokadası fonunda sizin qəzetin dili ilə deyilmiş, gecikmiş də olsa belə həqiqi və canlı sözlər məqalə müəllifləri A.Yevstiqnyevə, Q.Melkova, B.Murasova, sizə və redaksiyaya dərin minnətdarlıq hissi oyadır. Xüsusilə qeyd edilməlidir ki, "Şit" ictimai təşkilatı xeyirxah rus dvoryanlığının "həyatı çara, namusu heç kimə" devizini unutmamış, sizin redaksiya isə ən qətiyyətli bir vəzifəni öhdəsinə götürərək həqiqətin bələdçisi olmuşdur". 1990-cı il sentyabrın 16-da Moskvada ümumittifaq əsgər analarının "Analar zorakılığa qarşı" adlı forumunda Azərbaycan haqqında həqiqəti bəyan etməyi Lalə Şövkət öz üzərinə götürdü və bu böyük məclisdə cəsarətli çıxış etdi: "Hamınızdan xahiş edirəm ki, məni milli mənsubiyyətimə görə deyil, bir insan kimi qəbul edəsiniz. Özünüz də bu hadisələrdən uzaqlaşasınız. Azərbaycanda yanvar hadisələri tək Azərbaycanın deyil, bütün ittifaqın tarixində ən faciəli səhifələrdəndir. Burada heç bir günahı olmayan dinc əhali, o cümlədən ruslar, yahudilər, uşaqlar, qadınlar, qocalar, həkimlər vəhşicəsinə öldürülmüşdür. Ən dəhşətlisi odur ki, bu faciə yenidənqurma dövründə hüquqi dövlət yaratmağa çalışdığımız dövrdə baş vermişdir və hər şeydən əvvəl beynəlxalq konvensiyanın bütün qaydaları pozularaq əhaliyə xəbərdarlıq edilmədən fövqəl'adə vəziyyət yaradılmış, buna Azərbaycan SSR Ali Sovetinin razılığını almaq da məsləhət bilinməmişdir. Bütün dünyada, hətta müharibə aparan ölkələr döyöş zonasındakı dinc əhaliyə bu barədə xəbərdarlıq edirlər. Burada isə öz xalqına xəyanət edilmiş, suveren respublikanın bütün hüquqlarını tapdalanmışdır. Nəticədə 121 nəfər öldürülmüş, 700 nəfər yaralanmış, 12 nəfər itkin düşmüşdür..." Lalə xanım öz çıxışında yanvar hadisələrinin əsl günahkarlarının beynəlxalq məhkəmənin müttəhimlər kürsüsündə oturmağa layiq olduğunu bir daha təkrar edib. Onu da qeyd edək ki, Lalə Şövkət 20 Yanvar faciəsindən sonra Moskvada yaradılmış müstəqil xalq istintaq qrupunun üzvü olmuşdur. 20 Yanvar faciəsindən bir qədər sonra Lalə xanım Azərbaycana gəlir. Milli azadlıq hərəkatımızın mühüm məsələlərinə dair fikir və mülahizələrini mətbuat vasitəsi ilə xalqa çatdırır. 1990-cı il martın 14-də Azərbaycan televiziyasının məşhur "Dalğa" proqramında çıxış edir. Moskvada məşhur "QKÇP" hadisələri (avqust 1991-ci il) zamanı demokratiyanın qorunmasında Lalə Şövkətin böyük xidmətləri olmuşdur. Qeyri-qanuni yaradılmış "QKÇP"-nin əmri ilə Moskvaya istiqamətlənmiş Taman diviziyası və digər hərbi hissələrin tərkibində xeyli azərbaycanlılar var idi. Lalə xanım əlində meqafon və Azərbaycan Respublikasının bayrağı hərbi hissələri gəzmiş, azərbaycanlı hərbiçilərə müraciət edərək bildirmişdir ki, bu qiyamçılar Bakıda qara Yanvar hadisələrini törətmiş, onlara tabe olmayın, xalqa güllə atmayın, ayağa qalxmış moskvalıların və rusiyalıların tərəfinə keçin. Məhz Lalə xanımın təşəbbüsü ilə Azərbaycanın göy-qırmızı-yaşıl bayrağı 1991-ci il avqustun təlatümlü 3 günündə Rusiyanın "Ağ ev"ində dalğalanmışdır. 1990-1993-cü illərdə Lalə Şövkət yaradıcı ziyalılarla, Silahlı Qüvvələrin nümayəndələri ilə, qaçqınlarla Bakıda, Ağdamda, Bərdədə, Gəncədə, Yevlaxda, Naftalanda və Azərbaycanın digər şəhərlərində 50-yə qədər görüş keçirir. Azərbaycan Sovet Ensklopediyası Baş redakesiyasının, Qobustan Dövlət Tarixi bədii qoruğunun, "Azərxalça" Birliyinin, Bakı Elektrik Şəbəkə İstehsalat Birliyinin Elektrik şəbəkələri müəssisəsinin, Muzey sərvətlərinin və xatirə əşyalarının elmi bərpa mərkəzinin kollektivi Lalə xanımı 26 Bakı komissarı rayonunun (indiki Səbail rayonu) 8 a-li Nizami seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyini irəli sürmüşlər. 1992-ci ildə Bakıda yaradıcı ziyalılarla görüşdə Lalə xanım demişdir: "Güclü dövlət xadimi hər şeydən əvvəl onun dövlətə verdiyi qüvvədir, dövlət və xalq anlayışları isə bir-birindən ayrılmazdır. Müharibədə məğlub edilmiş, iqtisadiyyatı dağılmış, əhalisi yoxsul yaşayan zəif dövlətin güclü dövlət xadimi ola bilməz. Hər bir siyasətçi öz fəaliyyətinin nəticələrinə görə qiymətləndirilir. Bu nəticələr isə ölkənin, xalqın rifahı ilə müəyyən edilir". "Yoxsul xalq güclü dövlət yarada bilməz, zəif dövlət isə heç bir zaman tam müstəqil ola bilməz". Bu fikri isə Lalə Şövkət beş il öncə mətbuatda söyləmişdir. Lalə Şövkətin tutduğu haqq yol onun taleyinə çevrilmişdir. Hələ 1993-cü ildə "Sobesednik" qəzetinə verdiyi müsahibəsində o demişdir: "Mən hər səhərimi ibadətlə başlayıram. Allaha dua edirəm ki, islahı mümkün olanı islah etmək üçün mənə qüvvət versin, islahı mümkün olmayana dözmək üçün mənə səbr versin. İslahı mümkün olanı mümkün olmayandan fərqləndirmək üçün mənə müdriklik versin". Rusiyanın həmin o "Sobesednik" həftəlik qəzetinin müxbiri Mixail Serdyukov Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevlə söhbət zamanı ("Azərbaycan" qəzeti 16 avqust 1993-cü il) Lalə Şövkəti - ....... qətiyyətli, son dərəcə geniş mə'lumata malik dövlət katibini mö'cüzə adlandırmışdır. Doğru söz mütləqliyi Lalə Şövkət müstəqil Azərbaycanın rəhbərlərindən biri - 1993-cü il iyulun 7-dən 1994-cü il yanvarın 12-dək dövlət katibi olmuşdur. Respublikanın siyasi, sosial-iqtisadi və müdafiə gücünü artırmaq üçün çox böyük əmək sərf etmişdir. Ölkədə vətəndaş həmrə'yliyinin möhkəmləndirilməsində onun rolu çox böyükdür. İşə hədsiz sədaqət, özünə və başqalarına güzəştsiz tələbkarlıq, məs'ul qərarlar qəbul edilməsində uzaqgörənlik, prinsipiallıq və cəsarət, adamlara daim hörmət, həssaslıq və diqqət - Lalə Şövkət dövlət katibi işləyərkən məhz bu gözəl keyfiyyətlərinə görə xalqın məhəbbətini qazanmışdır. Xalqımızın sevimli qızı böyük siyasi xadim kimi Azərbaycanın müstəqilliyi uğrunda ardıcıl və yorulmaz mübarizdir. Dövlət katibi kimi onun düşüncələri, sə'yləri ölkənin iqtisadi, sosial və mədəni sahələrində qarşıya qoyulmuş ən vacib vəzifələrin yerinə yetirilməsinə yönəlmişdi və bu istiqamətdə səmərəli fəaliyyətini indi də davam etdirir. Lalə Şövkət dövlət katibi vəzifəsinə tə'yin olunandan sonra güclü dövlət, hökumət, inzibati strukturların bərpa edilməsi prosesinə bilavasitə qoşulur. O, yarım il Azərbaycanın səlahiyyətlərinə görə əhəmiyyətcə ikinci olan dövlət vəzifəsində işləyərkən respublikanın bütün qaynar nöqtələrinə işgüzar səfərlərə gedir, güclü iradə ilə yanaşı kompromis əldə etmək məharətini nümayiş etdirir, sosial, etnoslararası problemlərin həllinə nail olur. Respublikanın bir sıra bölgələrində separatçılıq əhval-ruhiyyəsinin qarşısını almaq üçün əməli tədbirlər göstərir. Dövlət katibi kimi o, cəbhəboyu zonanın dinc əhalisinin həyat şəraiti ilə yaxından tanış olmaq, qoşun hissələrində və cəbhənin ön xəttində vəziyyəti bilavasitə öyrənmək üçün respublikanın Qərb bölgəsinə- Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarına getmişdir. Lalə Şövkət Azərbaycan-Dağıstan sərhəddində qarşılıqlı anlaşma və əmin-amanlığın bərpası üçün ciddi sə'y göstərmiş, qonşu respublikanın parlament rəhbərləri ilə danışıqlar apararaq, vaxtı çatmış regional problemlərin həlli üçün birgə tədbirlər görmək haqqında razılıq əldə etmişdir. Eyni məqsədlə o, Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları yerlərə, qonşu respublikanın azərbaycan rəhbərliyi nümayəndələrindən bir nəfərinin də ayağı dəyməyən ən ucqar dağlıq rayonlarına getmişdir. Dmanisi rayonunda yerli əhalinin kəskin sosial problemlərinin aradan qaldırılması üçün operativ şəkildə yollar tapmış, kriminogen vəziyyəti yaxşılaşdırmaq vasitələri və metodlarını müzakirə etmişdir. Bu məsələlərlə bağlı ürcüstanın lideri Eduard Şevardnadze ilə görüşündə konkret təkliflər vermiş və onların həlli yollarını göstərmişdir. Lalə Şövkət dövlət katibi kimi çox məs'ul bir vəzifədə işləyərkən təhsil sahəsində də əsaslı tədbirlər görmüşdür. Naxçıvan Muxtar Respublikasında ali məktəblərə qəbul imtahanlarını ilk dəfə olaraq test üsulu ilə təşkil etmiş və müvəffəqiyyətlə keçirmişdir. O, işçi qrupla birlikdə Naxçıvan Muxtar Respublikasına getmiş və imtahan prosesinə bilavasitə nəzarət etmişdir. Lalə Şövkət böyük bir iste'dada - bütün varlığı ilə cəmiyyət və xalq üçün yaşamaq iste'dadına malikdir. Məmləkətin tərəqqisi naminə var qüvvəsini, son dərəcə böyük qabiliyyətini sərf edən bu görkəmli şəxsiyyət düzgün ideyalarını dəqiq təşkilatçılıq bacarığı ilə möhkəmləndirən rəhbərdir. Müstəqil Azərbaycanın dövlət katibi Lalə Şövkət çalışırdı ki, dövlət strukturlarında kadrlara tələbkarlıq və hörmət, ciddi intizam və ən faydalı təşəbbüslərin müdafiəsi, bürokratizmin hər cür təzahürlərinə qarşı barışmazlıq, xalqla möhkəm əlaqə, demokratiyanın bərqərar olması dövlət həyatının dəyişməz normalarına çevrilsin. Lakin Lalə Şövkətin təmsil etdiyi iqtidar bu ali tələblərə cavab vermədi. Ona görə də Lalə Şövkət 14 dekabr 1993-cü ildə ölkə prezidentinə "Bugünkü iqtidarda korrupsiyanın, səriştəsizliyin və mədəniyyətsizliyin parlaq təcəssümü olan Sizin yaxın ətrafınızla bundan sonra birgə işləməyin qeyri-mümkün olduğuna görə, xahiş edirəm məni dövlət katibi vəzifəsindən azad edəsiniz" və s. məzmunda iste'fa ərizəsini yazmışdır. 1994-cü il yanvarın 12-də iste'fa günü verdiyi eksklüziv müsahibədə demişdir: "Yaltaqlıq olan yerdə həmişə yalan, tamahkarlıq, xəyanət labüddür. Bunlar bir kökün üstə bitən "şaxələr"dir. Alicənablıq olan yerdə isə həmişə həqiqət, ləyaqət, sədaqət var". Qeyd edək ki, Lalə Şövkət indiki Azərbaycanda yeganə yüksək vəzifəli şəxsdir ki, xalqa həqiqəti deyib, respublikada iste'fa mədəniyyətinin ali formasını təsdiq etmişdir. İllər tarixə çevrildikcə, Azərbaycan ictimaiyyətinin milli şüuru Lalə Şövkətin bu addımının nə demək olduğunu tam mə'nası ilə dərk edir. Vicdanın hökmü ilə Lalə Şövkət Azərbaycan Liberal Partiyasının yaradıcısıdır. 1995-ci il avqustun 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi bu partiyanı rəsmən qeydə almışdır. Xalqın böyük hissəsi bu partiyaya hədsiz e'timad bəsləyir. Ona görə e'timad bəsləyir ki, Liberal Partiyası üçün adamların həyati mənafeyindən başqa heç bir mənafe olmamışdır və yoxdur. Bu e'timadı doğrultmaq müstəqil Azərbaycanın tərəqqisinə çalışmaq deməkdir. Lalə Şövkətin rəhbərliyi ilə qarşımızda duran vəzifələrin miqyası bu gün məqsəd, iradə və intizam vəhdəti ilə birləşmiş insanları əhatə edən ALP-nin siyasi, ideoloji və təşkilatçılıq fəaliyyətinin xarakterinə müstəsna dərəcədə yüksək tələblər verir. Partiyanın gücü ondadır ki, Azərbaycanın qarşısında duran vəzifələrin yerinə yetirilməsi yollarını bilir və respublikanın müqəddəratı üçün tarixi məs'uliyyət səviyyəsində durmaq bacarığına malikdir. Lalə Şövkət Azərbaycanın digər partiya liderlərindən fərqli olaraq siyasət meydanında intellektual və analitik məqamı vaxtında tutmaq bacarığına malik güclü bir alimdir. Kamil siyasətçi kimi faydalı araşdırmaları qarşıya qoyduğu məqsədin təkcə ideya və məzmununu, bunların ifadə tərzini deyil, həm də onların reallığını nəzərdə tutur. Lalə Şövkətin siyasi ideyaları və planları köhnə doqmatik kommunist ən¸ənələrinidən yaxa qurtara bilməyən indiki iqtidarın fəaliyyət və planları ilə kontrast təşkil edir. Onun ideyaları Azərbaycanın siyasətinə yeni bir ruh, yeni ab-hava və aşkarlıq gətirir. Ölkənin aparıcı partiya liderinin - Lalə Şövkətin nüfuzu, siyasi manevr və respublikanın həyatına tə'sir etmək imkanları diqqəti cəlb edir. Araşdırmalar belə nəticəyə gəlməyə əsas verir ki, digər aparıcı müxalifət partiyaları ilə yanaşı, Azərbaycanın siyasi gələcəyini məhz ALP müəyyən edəcək. Ölkədə qəbul olunmuş Azərbaycan Konstitusiyası əsasında mövcud qanunvericilik aktlarının işlənməsini tə'min etmək məqsədi ilə siyasi partiyaların, ictimai-siyasi təşkilatların birgə əməkdaşlığını məqsədyönlü sayıb əməli fəaliyyət göstərmək üçün Azərbaycanda Konstitusiyanın Müdafiə Konqresini yaratmaq təşəbbüsünü ilk dəfə ALP irəli sürüb. Müstəqil ekspertlərin fikrincə, ölkənin idarə olunmasında əsas rol oynaya biləcək liderlərdən biri kimi Lalə Şövkətin reytinqi çox yüksəkdir. Digər tərəfdən Azərbaycan xalqının böyük qızı Lalə Şövkət dünya miqyaslı dövlət və siyasi xadimlərin sırasında öndə durmağa layiqdir. Ömrünü Azərbaycanın milli oyanışına, tərəqqisinə həsr etmiş bu güclü şəxsiyyətə xalqın inamı, sədaqəti və sevgisi böyükdür. Lalə Şövkətin timsalında Azərbaycanın uzaqgörən, dərin və geniş siyasi təfəkkürə malik, bütün fəaliyyəti ilə xalqın e'tibarını qazanmış lideri var. Bir çoxlarının dəfələrlə qeyd etdiyi kimi Lalə Şövkət indiki iqtidarın apardığı siyasətdən daha yüksək səviyyədə olan siyasəti yerinə yetirə biləcək və hakimiyyətdə olmağa layiq olan mütəşəkkil bir qüvvəyə başçılıq edir. Lalə Şövkətin təcrübəsi, dərin təfəkkürü, zəngin biliyi, geniş dünyagörüşü və fitri siyasətçi iste'dadı ilə milli dövlətçilik ən'ənələrimizin e'tibarlı bazasını yaratmaq olar. O, tarixi missiyalı bir şəxsiyyətdir. Onun missiyası bu xalqı, bu dövləti möhkəmləndirmək və işıqlı gələcəyə çıxarmaqdır. Lalə Şövkət şəxsiyyətinin dərinliyi və müdrikliyi, iqtidarlılığı buna qadirdir. ÇƏKANIN QÜDRƏTİ Xalqımızın nüfuzlu və bacarıqlı dövlət xadimi, səriştəli siyasətçi kimi tanıdığı Lalə Şövkətin respublikanın bu günkü gərgin ictimai-siyasi proseslərində rolu və yeri, şəxsiyyəti və ideyaları xüsusi əhəmiyyət kəsb edir. Onun əhali ilə görüşləri, faydalı söhbətləri, ölkəni sosial-iqtisadi böhrandan çıxmağa əsl vətəndaş qayğısının ifadəsi olan çıxışları və müdrik tövsiyyələri güclü dövlət quruculuğuna əməli yardımdır. Təsadüfi deyildir ki, iqtidarda və müxalifətdə olan bə'zi siyasətçilər Lalə Şövkətin dövləti idarəetmə sahəsində az vaxt ərzində əldə etdiyi təcrübəni öyrənir və onun irəli sürdüyü ideyaların dəyərli olduğunu bildirirlər. Bu, təbii meyl həm də öz müddəalarında real tarixi şəraitin təhlilinə arxalanan Lalə Şövkətin sivilizasiyalı cəmiyyətin qurulması və müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə bağlı konsepsiyanın tam obyektivliyindən irəli gəlir. Eyni zamanda "acı həqiqətin gözünə cəsarətlə baxmağı" bacaran Lalə Şövkət istər təbiət, istərsə də cəmiyyət elmləri sahəsində hərtərəfli biliklərə malikdir və Azərbaycanı düşündürən ən kəskin problemlər barədə qiymətli fikirləri var. Məqsəd ondan ibarətdir ki, mövcud potensialdan, ictimai fikrin yaratdığı yaxşı nə varsa, hamısından istifadə etməklə, xalqın taleyində böyük dönüş yarada biləcək ideyalar işləyib-hazırlamalı və siyasət üçün real zəmin yaradıldıqdan sonra bunlar həyata keçirilməlidir. Bu sahədə Lalə Şövkət güclü və konkret əməli ideyalar işləyib hazırlamışdır ki, bunlar ALP sədrinin Azərbaycanı irəli aparacağı fəaliyyət taktikasına və strategiyasına, həqiqi imkanlara əsaslanır. Lalə Şövkət 12 sentyabr 1996-cı ildə "Azadlıq" radiosuna verdiyi müsahibədə deyir: "Bəllidir ki, siyasətçi tarixin güzgüsünə baxmasa, o, siyasətçi deyil. O tarixdə qala bilməz, tarixə həkk ola bilməz. Ona görə siyasətçilər gərək sözlərə, mədhiyyələrə uymasınlar, tarixin güzgüsünə baxsınlar". Sözsüz ki, siyasət reallıqdan doğan mümkünlük sənətidir. Tanınmış siyasətçilərdən biri deyib ki, mümkünlüyün hüdudlarından o yanda avantüra başlanır. Ona görə də Lalə Şövkət imkanları diqqətlə, açıq gözlə qiymətləndirməyi və bunu nəzərə almaqla vəzifələri müəyyən etməyi təklif edir. Bu düzgün siyasi və ideoloji prinsiplər mövqeyidir. Müstəqil Azərbaycan respublikasının Dövlət katibi işləmiş Lalə Şövkətin çox böyük tarixi və siyasi material əsasında dövlət haqda formalaşan münasibəti diqqətlə öyrənilməlidir. Lalə xanıma görə dövlət quruculuğu hakimiyyət bölgüsü ilə, parlament demokratizmilə, hamının qanun qarşısında insan hüquq və azadlığına həqiqi zəmanət verən bərabərliyi ilə fərqlənən liberal prinsiplərin inkişafı ilə aparılmalıdır. Cəmiyyətin sivilizasiyalı və mütərəqqi inkişafı naminə Azərbaycanın intellektual potensialı dövlət fəaliyyətinə cəlb edilməlidir. Dövlətlə bağlı onun hər bir fikrinə e'tibar etmək, inanmaq olar. O, dövləti idarəetmənin üç pilləli ümumi düsturunu əsas tutur: 1) obyektiv, düzgün, ətraflı mə'lumat - informasiya. 2) bu informasiyaya əsaslənan qərarın qəbulu. 3) qərarın həyata keçirilməsi və ona nəzarət edilməsi. Lalə Şövkətin dövlət haqqındakı baxışları, dövlətin rol və əhəmiyyəti ilə bağlı fikirləri üstün cəhətlərə malikdir. Dövlət məsələsində, dövlət tə'limində dövlət nəzəriyyəsində onun mövqeyi təqdirəlayiqdir. Dövlət tə'limi iqtidarda olan klanı haqlı çıxarmağa xidmət etməməlidir. Qəbilə ağsaqqalının hakimlik etməsi heç də hüquqi dövlətin mövcud olması əlaməti deyil. Bu olsa-olsa məcburilik, zorakılıq aparatının təzahürü ola bilər. Belə olan halda məmləkətdə əsl demokratiyanın bərqərar olmasından, qanunların hamı öçön eyni dərəcədə işləməsindən danışmağa dəyməz. İndi iqtidar cəmiyyət həyatı ilə bağlı məsələləri müzakirə edərkən müxtəlif nəticələr çıxarır, qərarlar qəbul edir, ancaq onları həyata keçirməyə gələndə köhnə metodlar işə düşür, yə'ni region faktoru, klan mənafeyi və korporativ maraqlar əsas götürülür. Elə ona görə də ölkədə-polis və əsgər kazarmasında "bizim tərəfdən" olmayanların hüquqları pozulur yoxsullar və səfalət də əhalinin əksəriyyətini təşkil edən bu təbəqə arasıdadır. Bu ciddi məsələdə Lalə Şövkətin vətəndaş mövqeyi adamların sosial-siyasi və hüquqi fəallığının artması prosesi üçün güclü təkandır. Lalə Şövkət iqtisadi vəziyyəti sağlamlaşdırmaq, bu sahədə əlverişsiz meylləri dayandırmaq və aradan qaldırmaq üçün konkret yollar təklif edir. Düzdür, ölkəni iqtisadi böhrandan çıxarmaq üçün iqtidar da "sə'y" göstərir. Amma fərq ondan ibarətdir ki, bu sə'yin müsbət nəticəsi yoxdur. İslahat adı ilə talançılıq baş alıb gedir, xalqın əmlakı, torpaqlar hərraca qoyulub. Ömrü boyu halallıqla yaşayan, əslində respublikadakı dövlət mülkiyyətinin, torpaqların sahibi olan kasıb təbəqə özəlləşdirmədə prosesindən kənarda qalıb. Lalə Şövkət bu ədalətsizliyi rədd edir və kasıb təbəqəni özəlləşdirmə öz halal payını almağa çağırır və bu təbəqə üçün normal şərait yaratmağı məqsədəuyğun sayır. Lalə Şövkətin iqtisadiyyatla bağlı fikirlərinin geniş təhlili göstərir ki, o, bu zəruri sahədə güclü qayda yaratmağa, intizamı möhkəmləndirməyə, mütəşəkilliyi və məs'uliyyəti artırmağa qadirdir. Bazar iqtisadiyyatının beynəlxalq standartlara və normalara uyğun sabit qanunvericilik bazası əsasında bərqərar olmasının və inkişaf etməsinin tərəfdarı olan Lalə Şövkətin bu istiqamətdə nəzərdə tutduğu böyük və gərgin işi ümid verir ki, respublikada iqtisadi artım sür'əti yaxın dövrdə bərpa edilsin - bu şərtlə ki, iqtisadiyyatın strukturu, onun maddi bazası yenidən qurulsun, yeni texnologiyalar, investisiya siyasətinə baxışlar dəyişilsin, idarəetmə sistemləri yüksək səviyyədə təşkil edilsin. Bütün bu işlərdə milli mənafe üstünlük təşkil etməlidir. Amma iqtidarın iqtisadi kursunda biz ancaq özgə əllərinə baxırıq, xalqın varlanmağına heç bir ümid yoxdur. Lalə Şövkətin intensiv iqtisadiyyata, iqtisadi artımın yeni keyfiyyətinə keçilməsinin konkret, səmərəli yolları və metodları bu gün çox zəruri əhəmiyyət kəsb edir. Onun investisiya və struktur siyasəti bu sahədə uğurlu başlanğıca tə'minatdır. Azad sahibkarlığın və çoxtəmayüllü istehsalatın inkişafı yolu ilə vətəndaşların rifahının yaxşılaşmasına üstünlük verir. İqtisadiyyat Lalə Şövkətin başlıca qayğısı olmaqla yanaşı, cəmiyyətdə mə'nəvi - psixoloji şəraiti müsbət mə'nada dəyişdirmək üçün daha mühüm amil hesab edilir. Lalə xanım müsahibələrinin birində deyir: "Biz gərək bu gün öz dünyagörüşümüzü dəyişək və başa düşək ki, yeni sistemə yeni insanlar lazımdır, təşəbbüs lazımdır, bilik lazımdır, səriştə lazımdır." ("Liberal Press" qəzeti 20.IX.1996). Onun fikrincə dövlət aparatında rəhbər pillələrdə kadr dəyişiklikləri aparmaqla məsələ bitmir. Təfəkkürdə, psixologiyada, işin təşkilində, üslubunda və metodlarında müsbət dəyişikliklər olmalıdır. Əlbəttə, o, rəhbərliyə nəyi necə etməyi düzgün bacaran, peşəkar idarəetmə qabiliyyəti olan professorların gəlməsinə xüsusi əhəmiyyət verir. L.Şövkət kimliyindən asılı olmayaraq ədalət prinsiplərini pozanlara, korrupsiyaya, cinayətkarlığa, rüşvətxorluğa və digər neqativ hallara qarşı barışmaz mübarizə aparmağı ümdə vəzifə sayır. Xatırlatmaq yerinə düşərdi ki, milli heysiyyətini itirib, varlanmaq hərisliyinin ölçüsü olmayanlar nefti Ermənistana satmaq məqsədilə ötürəndə Qazax gömrükxanasında neft eşelonlarının qarşısını məhz Lalə Şövkət, qeyrəti bu çirkin alverə qurşanan kişilərin qeyrətindən müqayisəedilməz dərəcədə yüksək olan Lalə Şövkət almışdı. Lalə xanımın qəti fikri belədir ki, insan amilini fəallaşdırmadan, yə'ni adamların, kollektivlərin, ictimai təşkilatların müxtəlif sosial qrupların mənafeyini nəzərə almadan, onlara arxalanmadan, respublikada vəziyyəti yaxşı istiqamətə yönəltmək mümkün deyil. Nə qədər ki, əhalinin əksər hissəsi bu dövlət öçön məs¸uliyyət hissindən məhrum olunub, nə qədər ki, dövlətin siyasi, iqtisadi, inzibati və i.a. hakimiyyəti mə¸lum regiondan çıxmış bir qrup adamın bötön həqiqətləri bir adamın dilindən eşitmək istəyirik, nə qədər ki, dözlök, əxlaq və mə¸nəviyyat haqqında danışmaq arxa plana keçir, nə qədər ki, bir qarın çörək əvəzində ziyalılar cəmiyyətin real qayğılarından deyil, onlardan tələb olunanı deyirlər və yazırlar, vəzifə sahibləri və "ad-san sahibi" olan ziyalılar heç bir vicdan əzabı çəkmədən, həya etmədən televiziya ekranından və eləcə də xalqın döz gözönön içinə yalan danışırlarsa, onda heç bir tərəqqidən danışmağa dəyməz. Çoxpartiyalı siyasi sistemin mövcud olduğu cəmiyyətin sivilizasiyalı inkişafı yönündə ciddi iş aparılmalıdır. Ümumbəşəri dəyərlərə, beynəlxalq hüquq normalarına, dünya mədəniyyətinin nailiyyətlərinə meydan açıqlığı cəmiyyətdə sözdə deyil, əməldə bərqərar olmalıdır. Bunlar, eyni zamanda müasir sivilizasiyalı cəmiyyətin bərqərar olmasının ilkin mərhələsi, xalqın çoxetnoslu əsasda formalaşmış milli özünüdərketmə gerçəkliyini nəzərə almaqla cəmiyyətin daimi, tədrici siyasi və iqtisadi islahatlar əsasında təkamülyönlü inkişafının əsas vəzifə olması Lalə xanımın yaradıcısı və sədri olduğu Azərbaycan Liberal Partiyasının Məramnaməsində təsbit olunmuşdur. Lalə xanım milliyyətindən, irqindən, dilindən, dinindən, cinsindən və başqa mənsubiyyətindən asılı olmayaraq, insan hüquqlarını və şəxsiyyət ləyaqətini müdafiə edən yetkin siyasət adamı və nüfuzlu dövlət xadimidir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və qorunub - saxlanılması, işğal olunmuş torpaqların azad olunması uğrunda mübarizə onun çevik siyasətinin ana xəttini təşkil edir. O, 1996-cı ildə bir qrup Qarabağ müharibəsi əlilləri ilə görüşündə demişdir: "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibəni Qarabağ, ya da bölgə sərhədləri ilə məhdudlaşdırmaq olmaz. Vətənin bötövlöyö uğrunda apardığımız möharib bötön xalqın, ümumazərbaycanın müqəddəratını həll edən müqəddəs möharibədir. MÜDRİKLİK SƏLAHİYYƏTİ ... 1993-cü ilin payızı. Arazboyu obalarımız oda qalanıb. Bu çiskinli, ayazlı günlərdə minlərlə adam çöllərə səpələnib. Köç karvanları İrandan keçib gəlir, artıq hərbin nəfəsi Muğan düzlərində duyulur... ("Respublika" qəzeti, 2 noyabr 1993-cü il). Azərbaycanın Dövlət katibi Lalə Şövkət cəbhə bölgələrinə yollanır. İmişli rayonunun İranla həmsərhəd ərazisində salınmış çadırlara baş çəkərək, Çəngilanın, Cəbrayılın, Füzulinin İran ərazisindən keçərək buraya pənah gətirmiş didərgin sakinləri ilə görüşüb, onların dərdinə-qəminə şərik olub, yardım üçün tədbirlər görür. Bəli, o faciəli payız günlərində qaçqınların harayına səs verən, onların yerləşməsi üçün şərait yaradan ilk rəsmi dövlət adamı Lalə Şövkət olmuşdu. On illərlə qazandığı varını-dövlətini, evini-eşiyini, doğmalarını itirən yöz minlərlə qaçqınların qarşısına iqtidar nömayəndəsi kimi çıxmaq öçön heç bir şeydən, hətta fiziki təhlökələrdən, ağlını itirmək dərəcəsinə çatmış camaatın təzyiqlərindən qorxmayan Lalə Şövkət cəsarəti lazım deyil. Bu cəsarət yalnız özönön təmizliyinə arxayın, öz intellektual göcönə inam və baş vermiş fəlakətdə heç bir gönahı olmayan bir adamda ola bilər. Çəngilan, Cəbrayıl, Füzuli qaçqınları indi də bunu unutmurlar. Həmin ağır, dəhşətli, qanlı-qadalı günlərdə Lalə xanım Beyləqana getmiş, erməni hərbi qüvvələrinin cəmi bir neçə kilometrliyində mövqe tutmuş hərbi hissələrin birində olmuşdu. Hərbi hissənin qarşısına yığışmış adamlarla tə'siredici söhbəti onların qırılmış ümidlərini yenidən dirçəltmiş, onlara xoş əhval-ruhiyyə gətirmişdi. Jurnalistlərin yazdığına görə, "Lalə xanımın bütün görüşlərdə qəzəblə, bir azərbaycanlı qadın və ana yanğısı ilə dediyi "kişi də qaçqın olarmı? Ordu da qaçqın olarmı?"- sözləri sanki bugünkü faciələrimizin mənbəyini, səbəbini açıqlayırdı". ("Respublika" qəzeti, a 30, 1993-cü il). Çəngilanlı qaçqınların böyük qisminin İranın Aslandüz yaşayış məntəqəsində olduğunu eşidən Lalə Şövkət Beyləqandan birbaşa İrana gedir. Həmin qaçqınların ölkəmizə gətirilməsi üçün bütün tədbirləri görür. Həcər qeyrətli Lalə xanım İran ərazisi tərəfindən Xudafərin körpüsünə çatanda öz mövqelərini tərk etmiş döyüşçülərin qarşısına çıxır, onların komandirləri ilə çox ciddi, sərt və kəskin söhbət edir. Əsgərlərin döyüş ruhunu, vətənpərvərlik hisslərini oyatmaq üçün mə'nəvi örnəklərimizdən misallar gətirir. Lalə xanımın dövlətin e'tibarlı müdafiə qabiliyyətinin tə'min edilməsi sahəsində konkret və maraqlı fikir və mülahizələri, ideyaları vardır. Qarşılıqlı surətdə bağlı olan kompleks müdafiə, siyasi, iqtisadi və ekoloji tədbirlərin daxil olduğu yeni hərbi doktrinanın həyata keçirilməsinə dair təklifləri diqqəti xüsusilə cəlb edir. Ölkənin təhlükəsizliyi və müdafiəsi ilə bağlı mülahizələrində ordunun və donanmanın qarşısında duran hərbi vəzifələrin əlaqələndirilməsi əsasında inkişafı, hərbi qulluqçuların və onların ailə üzvlərinin, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və ya iste'faya çıxmış şəxslərin sosial və hüquqi müdafiəsi məsələləri əsas yer tutur. Milli Ordunun nüfuzunun, vətənin müdafiəçilərinə ən'ənəvi hörmətin artırılmasına, əhalinin təhlükəsizliyinin və müdafiəsinin, vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi üçün əldə edilən nə varsa, hamısının qayğı ilə qorunub saxlanmasına Lalə xanım xüsusi əhəmiyyətli vəzifə kimi baxır. Lalə Şövkət ictimai tərəqqi və demokratik islahatlar naminə fəaliyyət göstərir. Sosial ədalət, ümumbəşəri dəyərlər, iqtisadi, siyasi və mə'nəvi azadlığın tərəfdarıdır. O, peşəkar siyasətçi kimi, işıqlı ziyalı kimi xalqın ümidlərini ifadə etməyə çalışır. Demokratiya və azadlığın ictimai, şəxsi, iqtisadi, siyasi, intellektual və mə'nəvi prinsiplərini üstün tutur. Azadlığı vətəndaş məs'uliyyətindən qətiyyən ayırmır. Həyatın bütün sahələrində tərəqqinin vacib şərtini əməyin və iste'dadın düzgün qiymətləndirilməsində görür. Çünki insanın cəmiyyətdəki mövqeyi onun intellekti, cəmiyyət həyatının inkişafındakı xidməti ilə müəyyən olunur. Mə'lumdur ki, ölkəmizin dövlət müstəqilliyi əldə etməsi xalqımızın həyatında böyük bir tarixi hadisədir. Təəssüf ki, bu aktdan irəli gələn zəruri respublika qarşısına qoyduğu vəzifələrə - demokratik, hüquqi dövlətin formalaşdırılmasına, ərazi bütövlüyünün tə'min edilməsinə, ölkənin müharibə vəziyyətindən çıxarılmasına, Qarabağ probleminin həlli məsələsinə və xalqa yaxşı həyat şəraiti yaradılmasına hələ əməl olunmamışdır. Bu istiqamətdə səmərəli iş aparılmasının, məmləkətin ictimai-siyasi qüvvələrindən, intellektual, sosial-iqtisadi potensialından düzgün istifadə edilməsinin zəruriliyini Lalə Şövkət öz rəsmi və qeyri-rəsmi görüşlərində dəfələrlə qeyd etmişdir. Ölkədə siyasi, iqtisadi, sosial və mə'nəvi böhranın gündən-günə dərinləşməsinə baxmayaraq, səlahiyyət sahibləri belə ağır vəziyyətdə heç cür anlaşılmayan, heç bir ölçüyə sığmayan və heç cür haqq qazandırılması mümkün olmayan arxayınçılıq nümayiş etdirirlər. Səbəb isə aydındır: onlar xalqın dərdindən-ehtiyacından tamamilə uzaq olub, yalnız hakimiyyətdə qalmaq möddətini uzatmaq qayğısı ilə yaşayırlar. Və bu son dərəcə acınacaqlı faktın özö sbut edir ki, əsasında röşvətxorluq, yerlibazlıq, qohumbazlıq, tayfabazlıq və korrupsiya hökm sörən bir hakimiyyət sivilizasiyalı, höquqi dövlətə apara bilməz. Və bu son dərəcə acınacaqlı faktın özü sübut edir ki, tayfaçılıqla sivilizasiyalı, hüquqi dövlət qurmaq olmaz! Lalə Şövkət bə'zi siyasətçilərin "sosial dayağının" - tayfanın müvəqqəti gücünü sabun köpüyünə bənzədir, xalqın əbədi qüvvəsini isə əsas tutur. Bu qövvə isə xalqın milli, mədəni, mə¸nəvi irsinə, varisliyə əsaslanan ömumxalq və bəşəri dəyərlər təməlində təkamöl yoluna söykənir. Bu amal yolunda sağlam qüvvələrin birləşəcəyinə, tayfabazlığın yox, sağlam düşüncənin qüdrətinin hökm sürəcəyinə inanır. Lalə xanım haqlı olaraq göstərir ki, klanlığa, tayfabazlığa, korrupsiya və rüşvətxorluğa real zəmin yaratmaqla dövlət mə'murları xalq qarşısında öz səhvlərini, günahlarını və ümumiyyətlə, bacarıqsızlıqlarını uzun bir müddətə "sığorta" etdirmək niyyətindədirlər. Bu fəlakətli məqsədin acınacaqlı gerçəkliyi diktaturaya gətirib çıxarır. Diktatura olan yerdə isə şəxsi sədaqət, güclünün hüququ və varlıların hökmranlığı prinsipi üstünlük təşkil edir. Lalə Şövkətin ideyaları həyata keçirilərsə, bunun üçün şərait yaranarsa Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü daha e'tibarlı tə'min olunar, möhkəmlənər, sivilizasiyalı, hüquqi, demokratik dövlət yaradılar. Ən başlıcası - respublikada əmin-amanlıq, ictimai həmrə'ylik, güclü iqtisadiyyat yaranar, vətəndaşların hüquq və azadlıqları e'tibarlı müdafiə olunar və geniş demokratik islahatların ədalətlə həyata keçirilməsi reallaşar. İstər SSRİ tərkibində olanda, istərsə də müstəqillik qazanandan sonra Azərbaycanda bəşəri hüquq normalarına əsaslanan, sosial-iqtisadi, mədəni, vətəndaşlıq və siyasi hüquqlar haqqında beynəlxalq paktlarla və insan hüquqlarına aid sənədlərlə təsdiqlənən qanunlar indi iş başında olan mə'murlar tərəfindən əməldə yox, həmişə və ancaq sözdə müdafiə edilib. Bu da dövlətdə və cəmiyyətdə qanunların tə'sirsizliyinə səbəb olmuşdur. Məhz buna görə Lalə Şövkət vətəndaşların hüquq və azadlıqlarını tə'min edən hakimiyyətin bölünməsi və səriştəli idarəetmə ilə dövlət quruculuğunun demokratik prinsiplərinin inkişafı zəruriliyini ön plana çəkmişdir. Düzdür, o, radikal siyasi-iqtisadi və sosial islahatların tərəfdarıdır, amma cəmiyyəti böhrandan çıxarmaq üçün respublikanın reallıqlarını və xüsusiyyətlərini nəzərə alan mərhələli islahatlara diqqət yetirilməsini də nəzərdən qaçırmır. Müstəqil, sivilizasiyalı, demokratik, hüquqi dövlətin qurulması naminə bütün tərəqqipərvər qüvvələrin faydalı əməkdaşlığı, ən yaxşı halda birləşməsi zəruridir Lalə Şövkətin milli birlik ideyasının məzmunu bundan ibarətdir. Bu həm də mə'nəvi dirçəlişin bünövrəsini qoyur. Bu görkəmli xadimin fikrincə dövlətimizin monolitliyini, bötövlöyönö, uzunömörlöyönö və yaşarlığını öç faktor tə¸min edə bilər: hər bir vətəndaşın özərində yaşadığı torpağa sonsuz məhəbbət-vətnpərvərlik, din və vicdan azadlığı, sağlam ailə. Lalə Şövkət insan hüquqlarına danışıqsız üstünlük verməklə milli azlıqların, etnik qrupların hüquq bərabərliyinə və azad inkişafına, onların milli ləyaqətinin təsdiqinə, doğma dil və mədəniyyətinin, adət və ən'ənələrinin qorunub saxlanılmasına şərait yaradılmasını vacib hesab edir. Milli azlıqların, etnik qrupların tərəqqisi tə'min edilməli, onların birliyi, qarşılıqlı hörmət, qardaşlıq və əməkdaşlıq əsasında yaranmalıdır. Milli mənlik şüurunun artırılması, öz milli köklərinə təbii maraq üçün zəmin olmalıdır. Lalə xanımın milli münasibətlər sahəsində mövqeyi belədir. Onun fikrincə, adamların millətçilik mövqeyinə yuvarlandırılması, milli məhdudluq, təkəbbürlük təzahürləri acı nəticələr verir. Lalə Şövkət deyir: "Yerlibazlıq mağara dövrünün məntiqidir, ibtidai formasiyanın xüsusiyyətidir. Bu xüsusiyyət Vətənimizi nəinki regionlara, rayonlara, məhəllələrə və s. parçalayır, hətta insanları bir-birindən ayırır, son nəhayətdə düşmən edir". Bütün dünyada xalqların qarşılıqlı yaxınlaşması və səmimi mönasibətlər qurulması tendensiyası üstünlük təşkil etdiyi halda kiçik bir respublikada yerlibazlıq və tayfabazlıq siyasətinin yürüdülməsi onu göstərir ki, iqtidar "parçala hökm et!" kimi qədimdən qalma şüardan başqa heç n fikirləşə bilmir. Tam qətiyyətlə demək olar ki, Lalə Şövkətin milli siyasəti çərçivəsində Azərbaycandakı milli azlıqlar və etnik qruplar daha mütərəqqi intibah yolu keçə bilərlər. Bu, respublikamız üçün son dərəcə vacibdir. Çünki Azərbaycan həm də əsl milli əlvanlıq diyarıdır. Milli əlvanlığın ehtiram, əməkdaşlıq, yaxınlaşma və sıx birləşmə kimi təzahür etməsi isə xüsusi ilə vacibdir. Təsadüfi deyildir ki, Lalə xanım Azərbaycanın dövlət katibi olarkən şəxsi təşəbbüsü ilə 26 iyul 1993-cü ildə respublikamızdakı milli azlıqların, etnik qrupların və milli-mədəni mərkəzlərin nümayəndələri ilə görüş keçirmiş və ən'ənə halını alan həmin görüşləri bu gün də davam etdirir. Çox böyük razılıqla qarşılanan o ilk görüşdə Lalə xanım demişdi: "Mən bir dövlət rəhbəri kimi milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquqlarının qorunacağına tam tə'minat verirəm". Yaranmış vəziyyətin doğurduğu qeyri-adi, orijinal, lakin həlli daha çox real və bütövlükdə obyektiv olan qərarlar qəbul etməyi bacaran Lalə Şövkət iqtisadiyyatdakı böhranı dəf etmək, bazar münasibətlərinin bərqərar olması ilə əlaqədar zəruri çətinlikləri və səhvləri aradan qaldırmaq imkanı verən siyasət yeridir. Bu siyasət mahiyyət e'tibarı ilə işsizliyin qarşısını ala biləcək tədbirlərin həyata keçirilməsindən, mülkiyyət formasından asılı olmayaraq insanların səmərəli işləməsi üçün eyni olan şərait yaradılmasından, əhalinin sosial cəhətdən yoxsul təbəqəsinin dövlət tərəfindən mütləq müdafiə olunması sistemindən və s. ibarətdir. Onun fikrincə, sosial, humanitar sahələrdə xalqın mənafeyini qorumaq üçün radikal islahatlar keçirilməzsə, sivilizasiyalı demokratik cəmiyyətin formalaşmasından söhbət gedə bilməz. Lalə xanım bazar iqtisadiyyatı şəraitində elm, mədəniyyət, təhsil, səhiyyə, bədən tərbiyəsi və idmanın çətinliklərini nəzərə alaraq, bu sahələrin maliyyə imkanlarını genişləndirmək məqsədilə xüsusi tədbirlər planı hazırlamışdır. Bu tədbirlər tezliklə həyata keçirilməsə gələcək cəmiyyətin təşəkkülündə əsas şərt olan elmin, təhsilin, elmi təfəkkürün, mədəniyyətin qorunub saxlanılması, tərəqqi etməsi mümkün deyildir. Lalə Şövkətin respublikada səhiyyənin inkişafı üçün verdiyi təkliflər, sözsüz ki, misilsiz qiymətə malikdir. Axı o, bu sahədə böyük nəzəri və praktiki təcrübəyə malikdir, gözəl həkim, tanınmış və nüfuzlu alimdir. Və heç də təsadüfi deiyldir ki, xalq arasında yaranmış qəti fikir belədir ki, görkəmli ictimai-siyasi xadim Lalə Şövkətin e'lan etdiyi sosial siyasət cəmiyyətin ahəngdar inkişafını tə'min edər, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, mənzil problemində yaranmış gərginliyin aradan qaldırılmasına, məhsul istehsalının artırılmasına, xidmət sahsinin inkişafına və bir çox başqa sosial məsələlərin həllinə kömək edər. Hər bir ailənin maddi tə(minatını, mə¸nəvi rahatlığını və sağlam inkişafını tə¸min etmək Lalə xanımın proqram məqsədlərindən biridir. O, təhsil, elm və mədəniyyət vasitəsi ilə xalqın və onun mə'nəvi inkişafını, hər bir vətəndaşın əxlaqın, vətəndaşlıq borcu, məs'uliyyət və vətənpərvərlik hisslərinin möhkəmləndirilməsini müqəddəs vəzifə sayır. Milli gəlirin təhsilə, elm və mədəniyyətə yönəldilən hissəsinin artırılmasını məqsədəuyğun hesab edir və mə'nəviyyatın az qala başdan-başa kommersiyalaşdırılmasının əleyhinədir. Pulsuz təhsil sisteminin saxlanmasını, özəl təhsil sistemində qayda yaradılmasını, müstəqil həyata qədəm qoymaq, peşə qazanmaq və mədəni cəhətdən inkişaf etmək, mə'nəvi ehtiyacları ödəmək üçün cavanlara zəruri olan bərabər start şəratinin yaradılmasını, iste'dadlı gənclərə dövlət tərəfindən kömək göstərilməsini vacib sayır. REAL MÖVQE Xalqın böyük inam və ehtiram bəslədiyi Lalə Şövkət cəmiyyətdə sosial ədalət prinsipinin həyata keçirilməsi yollarını göstərir və sosial ədalətin təməlini halal əməkdə axtarır. Çünki adamın əməyi cəmiyyətdə onun əsl yerini, onun sosial statusunu müəyyən edir. İnsanın insan tərəfindən istismarı, varlılara və yoxsullara, milyonçulara və dilənçilərə bölünmə, işsizlik - bu günün "sosial ədalətinin" fəlakətli nəticəsi belədir. Hələ üstəlik dövlətin yüksək vəzifəli şəxslərinin özləri üçün qanundankənar imtiyazlar yaratmaları aşağı təbəqənin haqlı hiddətinə səbəb olur. Lalə Şövkətin nəzərdə tutuduğu proqramların həyata keçirilməsi gedişində hakimiyyət orqanlarının rəvacı ilə, bir sıra hallarda isə göcsözlöyö ilə yaranan anormal halların, sosial ədalətsizliyin aradan qaldırılması tamamilə real olacaqdır. Lalə xanım öz sosial siyasətini əsasən vətəndaşların hüquq və azadlıqları, şəxsiyyətin azad inkişafı baxımından müəyyən etmişdir. Hər bir vətəndaş hüquq bərabərliyinə və hüquqi-mə'nəvi azadlığa sözdə yox, əməldə malik olmalıdır. İndiki sosial tə'minat və sosial müdafiə sistemi qeyri-qənaətbəxşdir. Vətəndaşların əmək haqqı, pensiyanın məbləği dolanışıq minimumu üçün zəruri məbləğdən çox aşağıdır. Mövcud vergi sistemi şəxsi təmənnalar bəlasına düçar olmuşdur. Sığorta sistemi isə inamsızlıq təməli üzərində qurulmuşdur. Lalə Şövkət bərqərar etməyə çalışdığı sosial ədalət prinsipinə, adamlara öz bacarıq və təşəbbüslərini həyata keçirmək və onların bu əsasda həyat şəraitlərini yaxşılaşdırmaq sahəsində geniş və real imkan kimi baxır. Əlbəttə, bu ilk növbədə dövlətin apardığı sosial-iqtisadi siyasətlə bağlıdır. Lalə Şövkət deyir ki, cəmiyyətin bütün intellektual potensialı, mədəniyyətin bütün imkanları sosial cəhətdən fəal, mə'nəvi cəhətdən zəngin və vicdanlı şəxsiyyət yetişdirilməsi xidmətinə verilməlidir. Sadə adamlar hiss etməlidirlər ki, dövlət strukturlarında onların hüquqları qorunur, rifahı üçün qayğı göstərilir. Təəssüf ki, bizim dövlət strukturlarında çalışan yüksək rütbəli mə'murların çoxu vəzifə borclarını yerinə yetirmir, yerinə yetirəndə də öz mənafelərini hər şeydən üstün tuturlar. Lalə xanım cəmiyyətə heç nə verməyən, lakin ondan öz mənafeyi üçün hər şey qoparmağa çalışan dövlət mə'murlarının ifşa olunmasını tələb edir. Hamı üçün sosial ədalət, hamı üçün yüksək intizam, hamı üçün bərabər hüquqlar, hamı üçün bir qanun olması uğrunda mübarizə Lalə xanımın ictimai fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu tələblərdə həm də sosial məs'uliyyət və vətəndaş qayğısı mühüm yer tutur. Hər kəs öz mövqeyini özünütənqid ruhunda qiymətləndirməlidir. Dövlət mə'murlarının halallıqla işləmələri və yaşamaları yolları müəyyənləşməlidir. Çünki bunlar demokratik proseslərin normal inkişafının dönməzliyi üçün tə'minatdır. Kifayət qədər siyasi təcrübəsi, nəzəri biliyi və vətəndaş mərdliyi olan Lalə Şövkət məhz belə düşünür. Lalə Şövkətin siyasəti xalqın irəli sürdüyü ideyalardan, rə'ylərlərdən qidalanır. Bu siyasət cəmiyyətin sosial-iqtisadi inkişafının səmərəli və e'tibarlı mexanizmini yaratmaq imkanına malikdir. Namuslu əməyin nüfuzu qaldırılmalı, söz ilə işin, hüquqlarla vəzifələrin vəhdəti əsas götürülməlidir. Lalə xanımın fəaliyyətinin mə'nası və məzmunu belədir. Onun gərgin, fədakar əməyinin son məqsədi müstəqil Azərbaycan Respublikasının iqtisadi, sosial-siyasi və mə'nəvi sahələrində dirçəlişin bərqərar olmasıdır. Şübhəsiz ki, belə bir dirçəlişə nail olan ölkədə şəxsiyyətin qədir-qiyməti və ləyaqəti bilinəcək, ona yüksək hörmətlə yanaşılacaqdır. Ona görə də Lalə xanımın siyasətinin obyektiv zəruriliyi cəmiyyətimizin hətta sıravi üzvləri tərəfindən başa düşülür və qəbul edilir. Siyasi xadimin ictimai-siyasi fəaliyyətinin həqiqi demokratik ruhu və geniş əhatəli xarakteri də buradan irəli gəlir. Bəli, Lalə Şövkətin dövlət rəhbərliyində olması mütəşəkkillik, qanunçuluq, iqtisadiyyatda elmilik və təşəbbüskarlıq, idarəetmədə səmərəlilik, adamların həyatının daha yaxşı və firavan olması deməkdir. Lalə xanımın dövlətin yüksək pilləsinə qalxması demokratizm, adamlar arasında, istehsal münasibətlərində, ictimai və şəxsi münasibətlərdə böyük mədəniyyət, insanilik, şəxsiyyətin daha çox ləyaqəti və özünəhörməti deməkdir. Əsl vətənpərvərlik, yüksək ideallara can atmaq, ölkənin işlərinə fəal vətəndaş qayğısı deməkdir. Bir sözlə, cəmiyyətin müasir elmi-texniki, iqtisadi, mədəni, mə'nəvi tərəqqisinin, şəxsiyyətin inkişafının ümdə problemlərinin həlli üçün real şərait yaratmaq imkanlarının həyata keçirilməsində ictimai xadim kimi Lalə Şövkətə böyük ehtiyac var. Dünya diplomatiyasında Lalə Şövkətin nüfuzu və ona e'timad çox yüksəkdir. O, cəsarətlə irəli gedə bilən və bunu istəyən, müvəfəqiyyət qazanmağı bacaran təşəbbüskar, düşüncəli, səriştəli adamları müdafiə etmək xəttini yeridir. İnsanlardan paklıq, düzlük, tə'rifə və yaltaqlığa dözömsözlök, səriştəlilik və yüksək peşə ustalığı tələb edir. Ümumiyyətlə, Lalə xanım dəfələrlə qeyd etmişdir ki, ölkənin intellektual potensialı maksimum işə salınmalı, onun yaradıcılıq səmərəsi artırılmalıdır. L.Şövkət mövcud böhranın dərinləşməsinə səbəb olan bir şəxsin və ya şəxslər qrupunun inhisarından doğan ictimai-siyasi fikir durğunluğunu kəskin tənqid edir. Azərbaycanda demokratiyaya vurulan öldürücü zərbələr məhz fikir durğunluğundan başlanır. Bu və ya digər əsaslı mülahizələrinə və şərhlərinə görə Lalə xanımın ictimai-siyasi mövqeyi böyük maraq doğurur və cəmiyyət tərəfindən müsbət hadisə kimi qarşılanır. Həm də adamlar inanırlar ki, Lalə xanımın göstərdiyi yolla ölkə cəsarətli və geniş əhatəli dəyişikliklər mərhələsinə qədəm qoya bilər. Onun fikirləri nəticə e'tibarı ilə iqtidar siyasətçilərinin proqnozlarını ötüb keçir. Elə buna görə də Lalə xanımın realist mövqeyi qiymətləndirilməli, onun əməli fəaliyyətinə xüsusi əhəmiyyət verilməlidir. Təəssüf ki, başqa bir zərərli meyl özünü göstərməkdədir. Son vaxtlar respublikanın iqtidaryönümlü qəzetlərində Lalə Şövkətlə bağlı əks təbliğat kampaniyası aparılır. Müəyyən dairələrin xudbin məqsədlərindən qidalanan bu mə'nasız təbliğat güclü şəxsiyyətin uzaqgörən siyasətini və təmiz niyyətlərini gözdən salmaq məqsədi daşıyır. Söhbət Lalə Şövkətin "Liberal Press" qəzetinin 8 noyabr 1996-cı il tarixli 16-cı sayında dərc olunmuş "Çiyalılıq milli şüurun me'yarıdır" tarixi nitqindən (bu nitqi ALP-nin sədri, professor Lalə Şövkət partiyanın Çiyalılar Şurasının 5 noyabr 1996-cı il tarixli geniş yığıncağında söyləmişdir) "zərbə" alan şəxslərin hay-küyündən gedir. Əlbəttə, belə tənqidbazların təbliğati əllaməliklərinə fikir verməmək də olar. Çiyalıları ali hisslərə çağıran Lalə xanımın həmin nitqi Azərbaycanda böyük bir mə'nəvi hadisəyə çevrildi. Bu, Lalə xanımın dünya fikrinə söykənən, öz mütərəqqi mahiyyətinə sadiq qalan, xalq mə'nəviyyatını, idrakını ifadə edən, əxlaqi kamilliyə malik olan, həyatdakı eybəcərliklərlə vuruşan ziyalılara-cəfakeşlərə müraciəti idi. Bu nitqdə ictimai bəla sayılan fikirsiz, məddah, cəsarətsiz ziyalılar kəskin tənqid olunur. Bəs bu cür obyektiv tənqid kimlərin xoşuna gəlmir? Hansı ziyalı bu haqlı tənqidi qəbul edə bilmir? Cavab hər kəsə gün kimi aydındır. Sözsüz, Lalə Şövkətin barəsində danışdığımız nitqinin hər bir ifadəsi saxta ziyalıların bəd əməllərini alt-üst edir. Axı, bu həqiqətdir ki, "yalançı ziyalı tüfeylidir, çünki İdraka, Həqiqətə, Vətənə heç nə vermir". Xalqın ümidini doğruldan ziyalılar nüfuzlu siyasətçi Lalə Şövkətin ətrafında sıx birləşir və onların inamına əsasən, bu birliyi heç bir şey sarsıda bilməz. "Çiyalı mövqeyinə can yandıran" funksionerlərin cəfəng fikirləri heç bir tə'sir gücünə malik deyil. Çiyalı həqiqətlərini bir daha bəyan etməklə Lalə Şövkət Azərbaycan ziyalılarının hörmət və rəğbətini qazanmış, cəmiyyətdə onun mə'nəvi və siyasi çəkisi artmışdır. Dərin zəka sahibi Lalə Şövkətin əsl ziyalılarla mə'nəviyyat və dünyagörüşü üzrə apardığı dialoqların, mözakirə etdiyi ideyaların, rə'ylərin, mülahizələrin və qarşılıqlı xeyirxah tənqidin yeni təfəkkürün formalaşdırılması və dərinləşdirilməsi üçün əvəzsiz əhəmiyyəti vardır. Bu, həm də adamların mənafelərini və əhval-ruhiyyələrini əks etdirən faydalı təcrübə sərvətidir və ondan düzgün istifadə olunmalıdır. Lalə Şövkətin fəaliyyəti Azərbaycanda ictimai-siyasi həyatın yeni və faydalı mərhələsinin başlanğıcını qoyur. On illərlə yığılıb qalmış problemlərin ciddiliyini, dərk etməli və onların səriştəli, professional səviyyədə həllinə çalışmalıyıq. İslahat adı ilə çalıb-çapmaq, hüquq adı ilə qanunsuzluq, özbaşınalıq, hərc-mərclik öz acı nəticəsini verir. Kötləvi işsizlik, işləyənlərin isə yaşayış minimumundan qat-qat aşağı maaş alması, acından ölməmək öçön əhalinin əksəriyyətinin alverə qurşanması, təhsilə, savada antipatiya-bugönkö reallıqlar belədir, vəziyyət dözülməzdir. Bu böhranlı vəziyyəti aradan qaldırılmaq üçün əməli iş görölməlidir. Lalə xanım öz tərəfdarları ilə bu işin sür'ətini, intensivliyini artırmaq əzmindədir. Əlbəttə, belə taleyüklü məsələlərdə-quruculuq işlərində, hər kəsdən ikiqat mərdlik və cəsarət tələb olunur. Sosial-iqtisadi inkişaf yolunda yaranmış əngəllər, ölkənini idarə olunmasında şəxsi ambisiyalar, təfəkkürdə ehkamçılıq stereotipləri qətiyyətlə, sərtliklə aradan qaldırılmalıdır. HƏQİQƏT MƏQAMI Danılmaz bir həqiqətdir ki, xalqın çox böyük inam və rəğbət bəslədiyi görkəmli siyasətçi, professor Lalə Şövkətin yaradıb rəhbərlik etdiyi Azərbaycan Liberal Partiyası müstəqil məmləkətimizin tərəqqisinin yeni üfüqlərini açmağa ümid verir. Partiyanın cəmiyyətdəki nüfuzu və mövqeyi, Lalə Şövkət başda olmaqla onun əqidə yoldaşlarının çox böyük təşkilatçılıq və ideoloji işinin uğurlu nəticələrindən biridir. Son illərin başlıca yekunu bundan ibarətdir ki, respublikanın iqtisadiyyatı, xüsusi ilə kənd təsərrüfatı bərbad hala düşmüş, islahat adı ilə talançılıq edilmiş, adamların güzəranı acınacaqlı dərəcədə pisləşmişdir. Kənd əhalisinin vəziyyəti daha dözülməzdir. Rüşvətsiz bircə qarış da torpaq ala bilmirlər. ün ərzində 2-3 saat istisna olmaqla elektrik enerjisindən, təbii qazdan isə tamamilə məhrumdurlar. Ümidi hər yerdən üzülən kənd camaatı (elə şəhərlərdəki çoxluq təşkil edən yoxsullar da) indi hətta xalqımızı əsarətdə saxlayan sovet hökumətini həsrətlə xatırlayırlar. Bütün bunlar onu göstərir ki, iqtidarın daxili və xarici siyasəti adamların rifahı qayğısına qalmağa yox, əslində hakimiyyət kürsüsünü qorumağa xidmət edir. Xoş güzəran, azad yaşayış, haqq və ədalət carçısı Lalə Şövkətin ətrafında tükənməz qüvvə və nikbinliklə sıx birləşmiş insanlarda gələcəyə böyük inam var. Bu inamı Lalə Şövkətin sədr olduğu partiyanın yeritdiyi xəttin həyatiliyi yaradır. Lalə Şövkətin siyasi müdriklik və şəxsi fədakarlıq timsalı olan əməlləri indi dolanışıq çətinliklərinin məngənəsində əzilən əksəriyyətə, habelə haqqsevər ziyalılara ümid verir. ALP-nin lideri adamların rifahı naminə qayda-qanunu güclü olan demokratik qurluş uğrunda mübarizədə qətiyyət nümunəsi göstərir. Lalə Şövkət öndə olmaqla partiya fəallarının siyasi səviyyəsi, təşkilatçılıq qabiliyyəti, partiya və xalq ideallarına sədaqəti bu gün yenilməz bir qüvvəyə çevrilir. Mövcud sosial-iqtisadi durumun iflas həddə çatmasına bilavasitə böyük vəzifə sahibləri cavabdehdirlər. Lalə Şövkət rəhbər kadrları mə'nəvi və işgüzarlıq keyfiyyətlərinə görə seçmək və tə'yin etmək tələbini xalqın mənafeyini əsas tutmaqla düzgün idarəetmənin çox mühüm şərti hesab edir. Hazırda rəhbər vəzifələrə kadrların regionçuluq və şəxsi sədaqət prinsipi ilə tə'yin olunması praktikası Azərbaycan xalqının mənafeyinə uyğun deyil. Kadrlara həmyerlilik, qohumbazlıq və şəxsi sədaqət əlamətlərinə görə vəzifə tapşırılması xəstəliyi kütləvi hal alıb. Lalə Şövkət demişkən "kəndxuda təfəkkürlü siyasətçilər heç vaxt dövlət xadimi ola bilməzlər". Naqisliyinə və qüsurlarına görə respublikamızda mövcud kadr siyasətinin dünyada bənzəri yoxdur. Bu siyasətin əsasını camaat arasında deyildiyi kimi, cibin "yaşıl əsgəri" təşkil edir. Ona görə də böyük vəzifə sahiblərinin bə'ziləri "alverçi, möhtəkir, dəllal psixologiyasına mə'ruz qalmış adamlardır." Niyə belədir? Cavab Lalə Şövkətin lap vaxtında, çox düzgün və cəsarətlə dediyi fikirlərdə tam açıqlanır: "Rüşvətxorluq bu gün Azərbaycanın az qala dövlət ideologiyasına çevrilib. Hətta əcnəbi iş adamları aşkar bəyan edirlər ki, Azərbaycanın dövlət mə'murları rüşvətsiz iş görmürlər. Rüşvətxor isə ən təhlükəli oğrudur." Bu minvalla vəzifə nərdivanına dırmaşan mənsəbpərəstlər "həmişə iqtidarın köləsi, hətta təlxəyi olmağa hazır olublar." Belələri verdikləri rüşvətin əvəzini beş qat - on qat çıxarmağa çalışırlar, xalqın acınacaqlı yaşayışı, dərd-səri onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Belə yerdə Lalə Şövkət çox düzgün deyir: "Yazıq o məmləkətə ki, onu idarə edən mə'murların böyük həssəsi oğrudur. Belə ölkədə millət həmişə çörəyə möhtac olmağa, daimi məhrumiyyətlərə məhkumdur." Lalə Şövkət dəfələrlə qeyd edib ki, cəmiyyətdə şahidi olduğumuz mənfi hallar milləti tənəzzülə aparır. Ona görə də bu gün cəmiyyətdə apatiya, laqeydlik və inamsızlıq böyük "vüs'ət" alıb. Bütün bunlar milli tərəqqiyə, milli ideologiyaya, iqtisadiyyata, hər şeydən öncə kadrların peşəkarlığına, insanların şüuruna böyük ziyan vurur. Məhz bu cür mənfi proseslərdən əmələ gələn, "intellektual sərvət axını "ölkədən kapital axını ilə müqayisədə daha destruktiv amil, daha fəc'i bir hadisə olmaqla, əslində milli fəlakətə çevrilir". Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının yetirdiyi siyasi xadim Lalə Şövkət respublikanı ağır vəziyyətə düçar edənlərin əməlləri barədə həqiqəti ictimayyətə açıq söyləyir. Xalqın mənafeyi onun üçün hər şeydən üstündür. Onun kəskin, prinsipial, işgüzar çıxışlarında dövlət strukturlarının işindəki ciddi nöqsanlar və səhvlər cəsarətlə açıqlanır. O, iqtidarı nöqsanları aradan qaldırmağa, iqtisadiyyatda talançılığa son qoymaq, adamların rifahı qayğısına qalmaq və həyatın bütün sahələrində əsaslı dönüş yaratmaq üçün sağlam qüvvələrin hamısını səfərbərliyə almağa çağırır. O, deyir: "Azərbaycan xalqı istehsal, elm, mədəniyyət və mə'nəviyyat sahəsində böyük potensiala malikdir. Bu zəngin və tükənməz sərvətdən düzgün istifadə etməmək yalnız acı təəssüflərə deyil, həm də yarası tarix boyunca sağalmayan faciəyə çevrilə bilər". Bu açıq xəbərdarlıq iqtidarı respublikanı gerilikdən, daha doğrusu dərin sosial-iqtisadi böhrandan çıxarmaq uğrunda daha fəal və daha tə'sirli mübarizə aparmağa sövq etməlidir. Acınacaqlı faktlardan biri də budur ki, hakimiyyətin bütün pillələrində kadrlar yerləşdirilərkən demokratik prinsiplərə əməl olunmur. Tə'yinatında zəruri prinsiplərdən yan keçildiyi üçün rəhbər kadrlara qarşı tələbkarlıq, tapşırılan sahə üçün onların məs'uliyyətini artırmaq mümkün deyil. İşinin öhdəsindən gələ bilməyən və cəmiyyət üçün təhlükəli nöqsanlara yol verən yüksək vəzifəli şəxsləri bir yerdən başqa yerə keçirmək kimi qüsurlu bir ən'ənə şəxsi sədaqət prinsipindən yaranıb. Nəticədə dövlət intizamı iflasa uğrayır, məmləkət qanunsuzluqlar girdabında boğulur. Buna necə haqq qazandırasan ki, cavabdeh olduğu sahəni bərbad hala salmış, nalayiq hərəkətlər etmiş yüksək vəzifəli şəxslər kommunist rejimi dövründə dəbdə olmuş "öz xahiş ilə", "səhhətinə görə" işdən azad edilir, elə həmin himayədarların köməyi ilə daha məs'ul vəzifəyə irəli çəkilir, özlərini yenə əvvəlki kimi aparırlar. Cəmiyyətə zidd hallara, vəzifədən sui-istifadə edilməsinə və dövlətimizin dayaqlarını sarsıdanlara qarşı ardıcıl mübarizə Lalə Şövkətin ictimai-siyasi fəaliyyətinin tərkib hissəsidir. eniş ictimaiyyət, mütərəqqi ziyalılar onun bu mövqeyini ürəkdən bəyənir və müdafiə edirlər. Lalə Şövkət bu vacib məsələdə ən çox ziyalılara arxalanır. O, deyir: "Çiyalılarımız müxtəlif yalançı siyasi oyunlardan çəkinməli, bir məqsəd naminə, bir bayraq altında cəmlənib xalqa xilas yolu göstərməlidirlər. Bu baxımdan ziyalılarımızın mə'nəvi xaosa, ideoloji hərc-mərcliyə yol verməyə haqqı yoxdur. Onların gücü təzyiqin bütün formalarına qarşı çıxan müstəqillikdədir". Mövcud hakimiyyətdə rəhbər kadrların tərkibinə yüksək mə'nəvi keyfiyyətləri və peşə hazırlığı olan yeni sağlam qüvvələr əvəzinə xalqın dərdindən uzaq, biganəliyə öyrənmiş adamların daxil edilməsi günümüzün anormal, eybəcər hallarından biridir. İqtidarın rəhbər kadr tə'yinatını kompleks halında öyrənmək müxalifətin fəaliyyətində mühüm yer tutmalıdır. Bu mə'nada ALP-nin lideri kadr siyasətindəki gözlənilməz əyintiləri qeyd etməklə kifayətlənmir, onların aradan qaldırılması yollarını da göstərir. Həmin yol iqtidardan kadrların seçilməsində ümumxalq mə'nafeyinin qorunmasını, obyektivlik və mühüm məsələyə daha prinsipial münasibət tələb edir. Azərbaycanın sosial-iqtisadi həyatında böhranın gündə-günə dərinləşməsinin əsas səbəblərindən biri də ondan ibarətdir ki, həqiqətən bilikli, bacarıqlı, iste'dadlı, xalqına, Vətəninə hədsiz sədaqətli adamlar, əsl təşkilatçılar və peşəkarlar idaretmənin həlledici sahələrindən kənarda qalmışlar. Ona görə də indi mühüm sahələrdə şüuruna rüşvətxorluq, əliəyrilik, şəxsi mənafe ərp kimi çökmüş rəhbər işçilər çalışırlar. İdaretmənin bu cür zəhərli ab-havasında rəhbər kadrların xalqın xeyrinə təşkilatçılığından söhbət gedə bilməz. Bütün bu naqislikləri rədd edən Lalə Şövkət rəhbər işçilərdə xalq ideyalılığına, geniş, mütərəqqi dünyagörüşə, hadisələrin mahiyyətinin düzgün başa düşülməsinə, təvazökarlığa, halallığa, insanlarla yaxşı ünsiyyətə, onlara həssaslıqla yanaşmağa, qayğı göstərməyə üstünlük verir. Kadr siyasətindəki uğursuzluqlar ona gətirib çıxarmışdır ki, "respublikamızda canlı fəaliyyət qabiliyyətli qanunvericilik, icra, məhkəmə və bu qəbildən olan digər orqanlara böyük ehtiyac duyulur. Hazırda adı çəkilən orqanların sürüşkən, qeyri-müəyyən durumu əksəriyyətin maddi-mə'nəvi tələbatını ödəyə bilmir". İctimaiyyətdə özünü gözdən salan rəhbər işçilər nə səlahiyyəti, nə də mə'nəvi siması ilə heç vaxt başqalarına nümunə ola bilməzlər. Belələrinə himayədarlıq edib irəli çəkmək əvəzinə, onlardan yaxa qurtarmağın vaxtı deyilmi? Respublikanın kənd rayonlarında sosial-iqtisadi vəziyyət dözülməz haldadır. Qanun pozuntuları rayonların dövlət strukturlarında daha çox mövcuddur. Niyə belədir? Səbəb tə'yin olunmuş rəhbər kadların qüsurlu iş üslubundadır. Lalə Şövkət çox haqlı olaraq deyir ki, "hakimiyyətdə mövcud olan "balans böhranı" cəmiyyəti iflasa doğru sürükləyir". Hazırda siyasi partiya və ictimai təşkilatlarda yaxşı hazırlıqlı, peşəkar kadrlar var. Əgər iqtidar rəsmi kadr siyasətindəki əyintiləri düzəltmək, xalq üçün faydalı iş görmək istəyirsə, bu sağlam qüvvələrdən istifadə etməlidir. Bəs, bizdə vəziyyət necədir? ... Partiya, cəmiyyət və hərəkatları hakim dairələr tərəfindən "sayılan və sayılmayan" kateqoriyalara bölmək meylləri bir yana, ölkəmizdə sadəcə olaraq qanunvericilikdə partiyaların cəmiyyətdə rolunu, mövqeyini müəyyən edən müvafiq mexanizm, sistem belə mövcud deyildir". Siyasi partiya və qurumlar idarəetmədə yaxından və fəal iştirak etmək hüququna niyə malik deyillər? Lalə Şövkətin fikrincə, hakimiyyət orqanları partiyalara, ictimai qurumlara formal mövqedən yanışır, ictimai-siyasi həyatda onların yerini, onlara əməli status və bundan irəli gələn səlahiyyət dairəsi müəyyən etmir. Rəhbər kadrlar həyatın irəli sürdüyü konkret məsələləri, mürəkkəb problemləri həm də ona görə həll edə bilmirlər ki, ağır güzəran keçirən camaatın dərdi onlara yaddır. Verdikləri və'də sadiq qalmayan hakimiyyətin yuxarı eşelonundakı bə'zi karyeristlər ümumiyyətlə camaatın səsinə qulaq asmır və ya bu haqq səs onlara sərf etmir. Varlı-hallı, yüksək vəzifəli şəxslərin çoxunun gəlir mənbəyinə xalqın şübhə ilə yanaşmasında böyük həqiqət var. Əlbəttə, belə olan təqdirdə səlahiyyət sahiblərinin hansı "hörmətə" malik olmasının əlavə izaha ehtiyacı yoxdur. Yüksək vəzifəli şəxslərin əksəriyyəti cəmiyyətin həyatına dərindən nüfuz etməyə qabil olmadıqları üçün cəmiyyətdə qarşılıqlı köməyə, qarşılıqlı yardıma söykənən mə'nəvi-psixoloji iqlim də yoxa çıxmaqdadır. İdarəetmənin faydalı ictimai-psixoloji cəhətləri yüksək səlahiyyət sahibləri üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Hökumət direktivlərinin və dövlət əhəmiyyətli qərarların əksər hallarda vaxtında, düzgün, dəqiq yerinə yetirilməməsi adi hal alıb. Vətəndaşların rəsmi dairələrə göndərdikləri ərizə və şikayətlərə ya məhəl qoyulmur, ya da başdansovdu cavablar verilir. Bəli, yerində olmayan kadrların ucbatından bürokratizm və süründürməçilik gündən-günə dərin kök atır. Həqiqi demokratik cəmiyyət və hüquqi dövlət yaratmağın çətin yoluna qədəm qoymuş Azərbaycanda əsaslı, həyati əhəmiyyətli problemlərin həlli əsasən rəhbər kadrlardan asılıdır. Müşahidələr və çıxardığımız nəticələr göstərir ki, bizim rəhbər işçilərin əksəriyyəti başçılıq etdikləri sahələrdə mövcud problemləri yaradan səbəblərin mahiyyətini düzgün dərk edə bilmir və obyektiv əməli nəticələr çıxarmaq qabiliyyətinə malik deyillər. Hələ biz belələrinin əqidəsinin dilinin ucunda olması kimi mənfi keyfiyyətini demirik. Hazırda Azərbaycanda istər kadrların tə'yinatında, istərsə də mühüm qərarların qəbul edilməsində kollegiallıqdan söhbət gedə bilməz. Halbuki prezident üsul-idarəsi mövcud olan demokratik, sivilizasiyalı ölkələrdə bu prinsipə daim riayət olunur. Müxalifət nümayəndələrindən birinin dediyi kimi, respublikamız avtoritarizmin klassik nümunəsinə çevrilmişdir. eniş səlahiyyətlərə malik mə'murlar ordusu xalqın nəzarətindən çıxaraq, onun fövqündə dayanır, öz iradəsini zorla qəbul etdirir. Nəticə olaraq deməliyəm ki, respublikada rəhbər kadrları mə'nəvi və işgüzarlıq keyfiyyətlərinə görə tə'yin etməyə böyük ehtiyac var. Kadrların qohumluq, həmyerlilik, dostluq əlamətlərinə görə seçilməsi kimi qüsurlu praktikaya son qoyulmalıdır. Lalə Şövkətin deyimləri Hakimiyyətin gücünün əsas şərti onun mə'nəvi dövlət nüfuzu, qazandığı ehtiram, onun danılmaz ləyaqətindədir. Bu me'yarı hələ heç kim ləğv etməyib. Və burada məsələ yalnız dövlət başçısında deyil, eyni dərəcədə onun yaxın ətrafındadır. *** Nəticəsiz fəaliyyət nə qədər səs-küylü də olsa, yalnız fanilikdir. *** Müstəqilliyimizi möhkəmlətmək, ərazi bütövlüyümüzü bərpa etmək, demokratik dövlət quruculuğu prosesini başa çatdırmaq və ictimai-siyasi vəziyyətimizi yaxşılaşdırmaq bu gün hər birimizin müqəddəs amalıdır. *** Kəndxuda təfəkkürlü siyasətçilər heç vaxt dövlət xadimi ola bilməzlər. *** Yerlibazlıq mağara dövrünün məntiqidir, ibtidai formasiyanın xüsusiyyətidir. *** Rüşvətxorluq, tayfabazlıq, tamahkarlıq, simasızlıq, riyakarlıq, acgözlük olan yerdə ziyalılıq ola bilməz. *** Bizim ən böyük zənginliyimiz - heysiyyətimiz ürəyimiz, ağlımızdır. *** Bilikli adamla ağıllı adam arasında xeyli fərq var. *** Dövlət başçısı tamahkar olmamalıdır. *** Siyasətçi - dövlət xadimi ayrı şeydir, meydan natiqi - rəhbər işçi tamam başqa. Siyasətçi hamı ola bilər, yüksək səviyyəli dövlət xadimi - nadir hadisədir. *** Mən Allaha inanıram. *** Mən öz fəaliyyətim barədə danışmağı xoşlamıram. İnsan ata-anası, ulu Tanrısı üçün etdiklərini dilinə gətirərmi? *** Torpaq bizim anamız, müqəddəsliyinə səcdə etdiyimiz tanrıdır. İNAM MÜCƏSSƏMƏSİ Millətimizin ümidi olan liderlərdən biri Lalə Şövkət digərlərindən fərqli olaraq iradəsininin qətiyyət borcunu yerinə yetirməklə mə'nəvi kamillik nümunəsi göstərir. Əsl xalqsevərlər, vətən təəssübünü çəkənlər həmişə onunla həmrə'y olmuşlar. - Lalə Şövkət ümumxalq məhəbbətini qazanmış siyasi xadimdir. Onun siyasi xətti ürəkdən bəyənilir və qəlbən müdafiə edilir. Lalə Şövkətin ideyaları gerçəkləşərsə respublikamız yüksək inkişaf səviyyəsinə çatacaq, öz müstəqilliyini daha da möhkəmləndirəcəkdir. Çünki onun yeritdiyi prinsipial, düzgün, ardıcıl xətt, dünyəvi siyasət qələbələrimizin təməli ola bilər. Lalə Şövkətin həyata keçirmək istədiyi hər hansı tədbir xalqımızı düşdüyü ağır-siyasi, iqtisadi və mə'nəvi böhrandan çıxarmaq məqsədi daşıyır. Ona görə də bu görkəmli şəxsiyyətə hörmət göstərməklə yanaşı, onu dəstəkləmək, müdafiə etmək hər birimizin müstəqil, suveren Azərbaycan qarşısında müqəddəs borcudur. Lalə Şövkət uzaqgörən siyasətçidir. Oxucuya yalnız bir bunu xatırlatmaq kifayətdir ki, Lalə xanımın 1994-cö ildə iste¸faya gedərkən verdiyi bötön proqnozlar döz çıxdı. Ona görə də o, qalib siyasətçidir. Mən bu sözləri onun Qarabağ probleminin düzgün həlli yollarını göstərən fikirlərinə istinad edib deyirəm. Atəşkəsi böyük qələbə kimi qiymətləndirənlərə Lalə Şövkət çox tutarlı cavab verir: "Torpaqsız sülh kapitulyasiyadır". Dağlıq Qarabağa yüksək status vermək istəyənlərə isə cavabı belədir: "Bu, Azərbaycanın federallaşmasının real ehtimalıdır". Vəziyyətdən çıxış yolunu da çox düzgün göstərir: "Azərbaycanda real stabil şərait yaradılmalıdır, yə'ni ölkəmizdə gedən daxili siyasi çəkişmələrə birdəfəlik son qoyulmalıdır. Digər tərəfdən iqtisadi quruculuğun başlanması vacibdir və ən nəhayət bütün potensialımızın əsas problemimizin həlli üçün səfərbər olması zəruridir. Mən çıxış yolunu bunda görürəm və Dağlıq Qarabağa yüksək statusun verilməsinin tam əleyhinəyəm". Lalə xanım həqiqət carçısıdır, bu isə insanın xalqı qarşısında ən böyük xidmətidir. Əsil ideya Prometey odudur, saxta ideya isə həqiqət adlanan Günəşin qarşısında tezcə yoxa çıxan bir parça qara buluda bənzər. çəpərdir. Bu mə'nada Lalə Şövkətin ideyaları Prometey odudur. Onun siyasətinin xitabət kürsüsü iqtidar akademiyasından çox genişdir. Bu siyasət reallıqla ən dərin təfəkkürün vəhdətidir. Moskvalı professorumuz Səid Ələsgərovun sözləri ilə desək: - Psixoloqlar Lalə xanımın cəsarətinin, qorxmazlığının dörd kişiyə bərabər olduğunu müəyyənləşdirmişlər. Lalə Şövkət siyasəti reallıqlar üzərində qurulmuşdur. Adamların bu gün bir-biri ilə həmrə'yliyi çox halda yerliçilik xüsusiyyətlərinə əsaslanır. Mə'nəviyyatsızlıq aşılayan bu zərərli mənbənin stereotiplərinin cəmiyyətə nüfuz etməsi təhlükəlidir. Lalə Şövkət yeganə siyasətçidir ki, özünün dediyi kimi mağara dövrünün məntiqi, ibtidai formasiyanın xüsusiyyəti olan yerlibazlığa qarşı açıq-aşkar barışmaz mübarizə aparır. Onun sosial bazası bu mənfur haldan tam uzaqdır. Lalə Şövkətin hiss və fikirlərinin bütün rəngarəngliyində müstəqil Azərbaycanın müqəddəratı üçün həyəcan duyulur. Eyni zamanda belə bir ümid ifadə edilir ki, məmləkətimiz daha yaxşı aqibətə layiqdir. Ona görə də zəkalı və təmiz qəlbli Lalə Şövkət iste'dadını, biliyini, vaxtını, enerjisini dövlətçiliyimizin qorunub saxlanmasına və daha yaxşı, daha ədalətli inkişafına sərf edir. Adamlara, onların həyat və əmək şəraitinə, sosial ovqatına həqiqi qayğını iqtidar çox vaxt siyasi cəhətdən qılığa girməklə əvəz edir. Hakim dairələr ustalıqla ictimai passivlik yaratmış və ondan məharətlə istifadə edirlər. Rəhbər pillələrdə qanunlara e'tinasız münasibət, rüşvətxorluq, korrupsiya, yaltaqlıq və hədsiz sün'i tə'rif faktlarına qarşı Lalə Şövkət ciddi mübarizə aparan kişi sərkərdəmizdir. Dünya diplomatları deyirlər ki... *Yaxın vaxtlaradək BMT-nin respublikamızda daimi nümayəndəsi olmuş, cənab Mahmud Əl-Səid Lalə Şövkətin "simasında yüksək intellektə və diskussiya məharətinə, iti zəkaya malik bir dövlət adamı" ilə tanış olduğunu qeyd etmişdir. ("Azərbaycan" qəzeti, 20 iyul 1993-cü il.) *ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Mayls Lalə Şövkət barədə demişdir ki, "öz diplomatik fəaliyyəti dövründə Amerika tarixinə və mədəniyyətinə dərindən bələd olan, demokratiya prinsiplərinə böyük sevgi bəsləyən yüksək səviyyəli belə siyasi şəxsiyyətlə" danışıqlar aparmışdır. ("Azərbaycan" qəzeti 21 iyul, 1993-cü il.) *Fransanın respublikamızdakı səfiri Jan Perren Lalə Şövkətin "Fransa tarixinə dərindən bələdliyini rəğbətlə qeyd etmişdir". ("Azərbaycan" qəzeti, 14 iyul 1993-cü il). *Lalə Şövkətin elmi-praktiki fəaliyyətinin yüksəlişini müstəqil Rusiyanın ilk baş nazirin Silayev yüksək qiymətləndirmişdir. ("Liberal press" qəzeti, 22 noyabr, 1996-cı il). Natiqlik məharəti Böyük alim Lalə Şövkət həm də məharətli natiqdir. Bu sahədə o fitri iste'dada malikdir. Peşəkar siyasətçi kimi onda həssaslıq, təmkinlilik, bilik dərinliyi və məntiqi ardıcıllıq bir-biri ilə birləşir. Böyük bir uzaqgörənliklə liberalizm kimi bitkin nəzəriyyəni təkcə ayrı-ayrı fərdlər arasında yaymaqla kifayətlənmir, onu xalq arasında geniş təbliğ edir. Bu böyök insanın natiqlik bacarığı Azərbaycan siyasətçilərinin çoxunun diqqətini cəlb edib. Onun çıxışlarındakı fikir aydınlığı, böyüklük, məzmun və ustalıq əvəzedilməzdir. Maraqlı, aydın sözü, səlis və rəvan dili, məntiqi cümlələri natiqlik məharətinin əsas tərkib hissəsidir. ALP-nin sədri, professor Lalə Şövkətin partiyanın Çiyalılar Şurasının 5 noyabr 1996-cı il tarixli geniş yığıncağında söylədiyi "Çiyalılıq milli şüurun me'yarıdır" adlı tarixi nitqi bu mə'nada xüsusi əhəmiyyət kəsb edir. Burada onun dili parlaq, mə'nalı, inandırıcı və dəqiqdir. O, az sözlə çox fikir söyləməyi yaxşı bacarır. Cəmiyyətdə ziyalının rolu və qarşısında duran vəzifələri sadə, inandırıcı və hamının başa düşəcəyi dildə izah edir. Lalə Şövkətin çıxışlarında, nitqlərində quru, anlaşılmaz ifadələrə rast gəlməzsiniz. Onun dili təmiz, ifadəsi səlis və üslubu gözəldir. örkəmli alim qəliz istilahları, əcnəbi sözləri, əzbərlənmiş, hazır, lakin adamların başa düşmədiyi, tanış olmadığı şüarları, tə'rifləri, rə'yləri qəti surətdə rədd edir. Hazırki ictimai-siyasi prosesləri bə'zi siyasətçilər kimi cümləpərdazlıq etmədən, əldə faktlar və rəqəmlərlə ciddi təhlil əsasında şərh edib başa salır. Lalə Şövkətin natiqlik məharəti zəngin olmaqla yanaşı, həm də çoxcəhətlidir. Lalə xanımın natiqlik üsulları onun fikirlərinin, duyğularının ictimaiyyətə asan çatdırılmasında böyük rol oynayır. Adamlara münasibət, hörmət, qayğı, qanunları pozan yaramazlara qarşı barışmaz mübarizə Lalə Şövkətin natiqlik sənətinin əsasını təşkil edir. O, həmişə insanların mənafeyini düşünür, onların xoş arzuları, istəkləri ilə yaşayır. İqtidarın səhvlərini isə canlı sözün qüdrəti ilə aşkar etmiş və aradan qaldırılması yollarını göstərmişdir. Lalə Şövkət bə'zi siyasətçilərin adamların qılığına girmək, boş-boşuna və'd vermək kimi zərərli xüsusiyyətini rədd edir. O, məsələləri çox kəskin şəkildə qoyur, xalq üçün məqbul hesab edilməyən siyasətə sarsıdıcı zərbə vurmağı bacarır. Lalə Şövkət adamların qəlbinə yol tapmağı, onlara tə'sir göstərməyi bacaran mahir siyasətçidir. Onun fikirləri ürəkdən gəldiyinə görə ürəklərə asanlıqla yol tapır. Bir də ki, o qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün hər şeyi ən xırda təfərrüatına qədər nəzərə alan təşkilatçıdır. Lalə Şövkətin yorulmaz fəaliyyətini müstəqil Azərbaycanın siyasi, iqtisadi, mə'nəvi-psixoloji həyatında keyfiyyət dəyişiklikləri üçün mühüm göstərici hesab etmək olar. Milli azadlıq hərəkatının öncülü, xalqın mə'nəvi birliyini və bütövlüyünü tə'min edə biləcək şəxsiyyət olan Lalə Şövkət həm də müstəqil milli dövlətimizin qurucularından, sözün həqiqi mə'nasında onun banilərindən biridir. Lalə Şövkətin illəri qabaqlayan siyasəti Azərbaycanın işıqlı, yaddaqalan səhifələridir. Onun gərgin əməyinə, müdrik siyasətinə, müstəsna qüdrətli təşkilatçılıq bacarığına xalq böyük ümid bəsləyir. Bu böyük insanın siyasəti, diplomatiyası Azərbaycana fayda gətirməyə, Vətənə, dövlətə, xalqa xidmətə yönəlmişdir. |