Gülrux Əlibəyli

"Dəyişən dünyamız" kitabından

LALƏ ŞÖVKƏT


Mən hər səhərimi ibadətlə başlayıram:
Allaha dua edirəm ki, islahı mumkun olanı islah etmək uçun mənə quvvət versin,
islahı mumkun olmayana dözmək uçun mənə səbr versin.
İslahı mumkun olanı mumkun olmayandan fərqləndirmək uçun mənə mudriklik versin.

Lalə Şövkət


1990-cı il Moskva, Azərbaycan səfirliyinin salonu. Rəsul Rzanın 80 illiyinə həsr olunmuş təntənəli gecə. Salona Moskva ictimaiyyəti, aparıcı qəzet və jurnalların numayəndələri, Azərbaycan diasporası, Mərkəzi Komitəsi keçmiş elm şö'bəsinin müdiri Əfrand Daşdəmirov və onun yanında mənim simpatiyam İsmət Qaibov... Salonda bir dənə də boş yer yoxdur.

Sözü mə'ruzə üçün mənə verirlər. Həyəcanla başlayıram, səmimi danışmağa çalışıram. Közüm Daşdəmirova sataşır. Qızğın söhbət edir qonşusu ilə. Yazıq İsmət müəllimin közü məndə, başı ona tərəf əyşşb, qulaq asır...

O vaxtdan illər keçib, amma bu kün dö dünyada heç kös məni fikrimdən yayındıra bilməz ki, Əfrand qəsdən qonşusunun başını qarışdırırdı ki, məni dinləməsin. Çünki dəfələrlə bu cür hallarla rastlaşmışam. Mən bərk hirsləndim! Rəsul Rzanı vasitəyə - mə'nəvi və intellektual silaha çevirdim. 5-6 il əvvəl Mərkəzi Komitədə ondan Cəfər Cəfərov haqtında yazdığım kitabı çap etdirməyə mənə kömək etməyə tələb etməyim və onun qəzəblənməsi yadıma düşdü.

Artıq mən bu odlu silahımı işə salmışdım və bir-bir düşmənlərimi sözlə "məhv" edirdim... Yalnız mö'ruzə bitəndə və alovlu alqışlar səslənəndə mən başa düşdüm ki, hirs, qəzəb mənə nə dərəcədə kömək elədi ki, öhdəmə düşən vəzifəni yerinə yetirim. Salondan çıxdım və bir qadın məni qucaqlayıb "əhsən-əhsən" dedi. Özünü təqdim etdi, vizit vərəqəsini mənə verdi və dedi: "Mən həkiməm, adım Lalə Şövkətdir, bu da mənim oğlumdur..."

O vaxtdan bir neçə il keçmişdi. Prezident H.Əliyev hakimiyyətə kələn kimi ən cəsarətli, ən ağıllı addım atdı:

Dövlət Katibi vəzifəsinə insani istiliyini indi də hiss etdiyim, valeh olduğum Lalə Şövkəti də'vət etdi. O günlər mon ən xoşbəxt adam idim: Lalə Şövkətin çıxışlarına, hər sözünə ürək döyüntüsüylə, fərəhlə, diqqətlə qulaq asırdım. Qəribə də olsa, həmən dövrdə onu tənqid edənlər az deyildir və mən onu doğma adamı müdafiə edən kimi, qoruyurdum və onu tanıyanlara başa salmağa çalışırdı ki, hamımız - həm qadınlar, həm də kişilər ürəkdən sevinməliyik ki, bəlkə də ilk dəfədir ki, Azərbaycanda bu qədər yüksək ictimai səlahiyyət səviyyəsinə, intellektual və mə'nəvi cəhətdən hərtərəfli inkişaf etmiş, müdrik və əsl filosof qadın kəlkb çatmışdır. Biz isə köhnəlmiş ən'ənələrimizlə bu kübar, elitar ziyalı xanımın hər sözünə, fikrinə dedi-qoduyla, qeybət fəlsəfəsiylə yanaşırdıq... "Səhnədə ağ paltarla çıxıb", "filan sözü işlədir" və s. və i.a.

Xoşbəxtlikdən Lalə Şövkəti başa düşən və sevənlər də az deyildi. Çünki o, həddivdən artıq parlaq şəxsiyyət idi.

Amma həmən künlər qəlbimdə iti bir narahatçılıq da yuva saddı: bizim bulanlıq dövrümüzdə, o qədər də dərin ağıla malik olmayan diletant - mə'mur kütlənin əhatəsində, bukənar torpağın çiçəyi nə qədər dözə biləcək?

Onun ağıllı, məntiqli, geniş dünyakörüşlülüyüylə fərqlənən çıxışlarına qulaq asanda mən qəribə intuisiyayla tökrarlayırdım: həddindən ziyadə ağıllıdır, həddindən artıq vötəni sevir...

Lalə Şövkət 1951-ci ildə Bakı şəhərində anadan olmuşdu. Atası qubalı, anası isə əsl bakılıdır. Həm atası, həm anası - nurlu, maraqlı insanlar olub və balalarına böyük xoşbəxtlik bəxş ediblər. Əks halda Lalə Şövkət bu sözləri deyə biləmzdi:

"Hər künümü atamın, anamın adına Allaha dua ilə başlayıram. Onlardır mənim səcdəkahım, ülvi mə'nəvi dostlarım".

Lalə Şövkət Azərbaycan Tibb Universitetini bitirəndən sonra, internaturanı və klinik ordinaturanı Patris Lümumba adına Moskva cərrahiyyə kafedrasında, dünya şöhrətli alim, professor V.Vinoqradovun rəhbərliyi altında keçmişdir.

25 yaşlı Lalə Şövkət namizədlik dissertasiyasını, 37 yaşında - doktorluq dissertasiyasını müdafiə edir. Az bir müddət ərzində o, dünya şöhrətli alim kimi tanınmağa başlayır. O, keçmiş SSRİ, RSFSR-i Ali Sovetinin səhiyyə qanunvericiliyi uzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq sosial kikiyena mütəxəssisləri və səhiyyə təşkilatçıları assosiasiyasının Vitse-Prezidenti, beynəlxalq ekolokiya fondunun Rəyasət He'yətinin üzvü olmuşdur...

Lakin bütün bunların hamısından daha əvvəl Lalə Şövkət təbii və səmimi, çoxcəhətli, maraqlı insandır. Vətənini canından artıq sevən, əsl şəxsiyyətdir.

Uzun müddət Moskvada fəaliyyət köstərsə də Azərbaycanla əlaqəni heç vaxt kəsməyib Lalə xanım.

"Demokratik islahatlar və insan hüquqlarının müdafiəsi uğrunda" beynəlxalq ictimai-siyasi hərəkatın təşəbüsskarı kimi çıxış edir. Bu hərəkat Azərbaycan Respublikasının Moskavada rəsmi qeydə alınan ilk siyasi təşkilatı idi.

Amma bu kərkin fəaliyyət, maraqlı həyat tərzi 1993-cü ildə istiqamətini tam dəyişməli olur. 1994-cü ilə qədər Lalə Şövkətin dünyalar qədər sevdiyi Vətənində Dövlət Katibi vəzifəsində çalışmağa başlayır.

Böyük həvəslə, enerkiyayla işləyir! Sutkada 18-20 saat! Tez-tez çıxışlar edir, cəsarətlə danışır, müstəqillik köstərir, Mühafizəkarları, yalançıları, oğruları, xalqan malını mənimsəyənləri körünməyən cəsurluqla ifşa edir. Arxalandığı təməlin möhkəmliyinə küvənir, inanır...

Xarici nümayəndələri qəbul edir. Onlar öz təəccüblərini kizlədə bilmirlər. "Bu qadının erudisiyası, ağlı, dünya duyumu - mö'cuzədir. O, əsil fenomendir" - deyirlər.

Amerika ədəbiyyatı, Avropa fəlsəfəsi, qədim şərq mifolokiyası - belə təsəvvür yaranır ki, bu qadın üçün namə'lum mövzu yoxdur! Bu - tək mənim fikrim deyil, bu -televiziyadan qonaqların heyranlıqla söylədiyi fikirlərdir. Lakin vaxt kəldi, seçim məqamı yetişdi və Lalə Şövkət bir an belə tərəddüd etmədən yüksək vəzifəsini tərk etdi!

Bu qüdrətli insanın seçimi idi! Bütöv, nadir naturanın seçimi! Kişilərin qadir olmadığı igidlik idi! Bu daxili azadlıq əldə edən şəxsiyyətin seçimi idi!

Lalə Şövkətin həyat tərzi onun seçdiyi amala, yüksək inamına uyğundur. O, sadə, təm-təraqsız, asketik mahiyyətli həyat sürür.

Nadir insandır ki, səs-küy, şan-şöhrət, var-dövlət sevmir. Konkret iş körür, nəticəni körəndə səmimi qəlbdən sevinir. Deyəndə ki, niyə böyük təntənələrdə iştirak etmirsiniz, çox istehzayla, külə-külə deyir: Maraqsızdır! Darıxdırıcıdır!

Lalə Şövkət üçün maraqlı - mübarizədir, şəxsi fəaliyyətdir, inandığı ideya uğrunda sona qədər yanmaqdır. Közə soxulmaq, boş-boşuna səs-küy qaldırmaq, şöhrət naminə özünü oda-közə vurmaq - onun üçün tam yad bir stixiyadır.

Dövlət səviyyəsində az müddöt işləməyinə baxmayaraq, xalqın dərin inamını qazandı Lalə Şövkət.

Səsi hərbi səngərlərdən, tələbə yataqxanalarından, ali məktəblərin qəbul imtahanlarından kəldi...

Açıq, körünməyən, qəlblərə sığışmayan səs idi onun səsi! "Ölkənin problemlərinə münasibətdə rəhbərliyin bə'zi üzvləriylə fikir ayrılış nəticəsində" 1994-cü ildə iste'fa verdi.

Qısa müddətdə o, Azərbaycan Liberal Partiyasını yaratdı və onun sədri seçildi. Məqsəd - Azərbaycanı sivil dövlətə çevirmək idi: "İnsan hüquqları və ləyaqəti, vötəndaş cəmiyyətinin formalaşması yolu ilö suveren, sivil Azərbaycana doğru!" - bu idi əsas məqsəd, baş tezis!..

Lalə Şövkət qlobal miqyaslı siyasətçidir. Onun varlığında milli ruhun yüksək olmasıyla bərabər, dünyanın, bəşəriyyətin siyasi, humanitar nailiyyətləri də üzvi sintez təşkil edir. Lalə Şövkət kələcəyi dəqiq və aydın körür, bir siyasətçi kimi onun yaxın və uzaq hadisələr haqqında proqnozlar vermək bacarığı valeh edir.

Lalə Şövkətin yurd-yuvası kiçik, dar, birotaqlı mənzil onun sərhədsiz dünyasının siyasi və mə'nəvi kainatının, estetik və etik aləminin sığışmadığı psixoloji, mə'nəvi, ilahi məkanın hücrəsidir. O, burada həm yatır-yaşayır, höm də işləyir. Divarlar tavana qədər kitabla doludur, bir də cildlənmiş kündəliklərlə...

Nö üçünsə özümü hay-küylə, ket-kəllə, al-verli dünyamızdan tam təcrid edilmiş hiss edirəm. Elə bil xüsusi, sözlə izah oluna bilinməyən mə'nəvi aləmə qərq olmuşam.

Söhbət əsnasında onun xarakterinin, fəaliyyətinin aparıcı xəttini tutmağa başlayıram.

Müasir Azərbaycanın əksər siyasətçilərindən fərqli olaraq Lalö Şövkət hər yerdə və həmişə ön plana mə'nəviyyatı çəkir. "İnsanın xoşbəxtliyi mə'nəviyyatsız mümkün olan şey deyil" - deyir.

"Mən hər adamı, hər siyasətçini qəbul edə bilərəm. Bir şərtlə: onun mə'nəviyyatı olmalıdır. Savadlı, ya savadsız, təki mə'nəviyyatı olsun. Mə'nəviyyat mənim üçun birinci yerdə, siyasət ikinci yerdədir. Ən böyük ağlın belə mə'nəvi dayağı yoxdursa, o ağıl xalqa lazım deyil. O faciədir!" - deyir.

Yalnız əsl ziyalı, kübar təbiətli, yüksək ağıl sahibi, mə'nəviyyat carçısı olan elmi-ictimai xadim belə düşünö və yaza bilər...

Onun çıxışlarının, nitq və yazılarının mərkəzindən keçən qırmızı xətti məhz mə'nəviyyat, MƏDƏNİYYƏT və əxlaq problemləri təşkil edir. Lalə xanım bu ülvi və eyni zamanda çox adi, təbii ideyanı siyasi-ictimai konsepsiyasının mərkəzində yerləşdirir və bizi inandırmağa çalışır ki, mə'nəvi iflas fərdi də, cəmiyyəti də fiziki məhvə kətirib çıxara bilər.

Siyasəti də, iqqisadiyyatı da mə'nən dolğun və zəngin insanla daha tez, daha dəqiq, daha e'tibarlı əsasdarda yüksəklərə qaldırmaq olar. İnsan mədəni, ağıllı, saf, e'tiqadlı olsa, cəmiyyət də bütövlükdə saf və kamil olar.

Siyasətçilərimizin əksəriyyətinin şöhrətpərəstliyinə, təmənnalılığına vərdiş edən əhali inana bilmir ki, Lalə Şövkət yalnız və yalnız xalqa qulluq etməkdə görür vəzifəsini!..

"Mənim evim-eşiyim, bağım, maşınım doğulduğum kündən olub. Babalarım, nənələrim, babalarımın babaları, onların ulu babası heç vaxt kasıb olmayıb. Mən siyasətə alimlikdən, professor kimi kəlmişöm və məvacibim 1500 rubl olub. Bu o vaxt elö-belə pul deyildi. İndi nə bağım, nə maşınım, nə evim var... Siyasətö kəlməzdən əvvəl bundan yüz dəfə yaxşı yaşayırdım"... Bir də: "Zənkinliyi mən yalnız daxili zənkinlik kimi qəbul edirəm. Dekorasiya məni maraqlandırmır".

Lalə Şövkət közü tox insandır. Hər sahədə gözü toxdur. Onun yekanə təmənnası - xalqın xoşbəxtliyidir! O, yaxşı dərk edir ki "yoxsul xalq küclü dövlət yarada bilməz, zəif dövlətsə heç bir zaman tam müstəqil ola bilməz".

Mə'nən dolğun söhbətlərimizdə Lalə xanımı özümü narahat edən suallarla tənkö kətirirəm: "Niyə xalq arasında az körünürsünüz, niyə kec körürük, eşidirik sizi?"

"- Vaxt yetişməyib!.. Ac millət, heç bir ideyanı qebul edə bşşəz. Çörək verməliyik ən əvvəl ona".

Məncə Lalə Şövkət xalqını sevir - demək azdır, (bu

sözlər mücərrəd, ümumi səslənir) O, xalqını duyur, hiss edir, onun nəsrəsiylə yaşayır. Bunu lap kənclikdən atası körüb narahatçılıqla deyirdi: "Millətə belə bağlılıq həyatında sönə böyük çətinliklər kətirəcək, qızım".

Millətə hədsiz sevki - bu qəribə şəxsiyyətin varlığına bütövlüklə işləyir, onun kecəsini də kündüzünü də sarsıdır. "Ömrüm boyu, vaxtaşırı həmişə eyni yuxunu körürəm. Bu yuxuda mən evimi kah Kəlböcərdə, kah Şuşada, kah da digər rayonlarda, amma həmişə dağ başında körürəm. Şəhər mühiti məni daim sıxıb. Məhz təbiətlə vəhdətdə mən daxili rahatlığa, tarazlığa, harmoniyaya müyəssər oluram..."

İstər-istəməz Nitşenin Zərdüştü yada düşür: "Ucalıqda, dağ başında qalmaq, oradan aşağıya baxmaq. Mən onların içində olanda, onların üstündə idim. Ona körə onlar məni sevmədilər!"...

Lalə Şövkət sıravi, xırda, orta miqyasda mə'nəvi varlıq deyil ki, yaşamaq onun üçün asan olsun. Ürək ağrısıyla deyir ki, biz birləşə bilmirik. Milləti həyatından çox sevən üçün, əlbəttə, bu şəxsi faciədir. Çünki bu adi hal deyil, məhz bu haldan çoxsaylı faciələr törəyir. "Bizdə keriləmə və deqradasiya köz qabağındadır. Azərbaycanda rəsmi mə'lumatlara körə, əhalinin 90%-i yoxsulluq içində yaşayır. Onların 70%-i yaşamaq uğrunda mübarizə aparır. Ölkənin milli kəlirləri əhalinin 5%-i arasında bölünür... kütləvi işsizlik, əkər əhalinin 5%-lik təbəqəsi kəlirlərin 70% sahibidirsə vö qalan 95%-i kasıblıq həddində yaşayırsa, əkər I milyon 200 min qtensiyası orta hesabla ayda 13 dollar, tələbə 4 dollar alırsa, onda xalqın rifahından, dövlətin inkişafından danışanlara inanmaq olar? Vallah ayıbdır! Məhəmməd peyğəmbər (s) demişkən, "o kəslər bizimlə deyil ki, öz xalqını yalan içində azdırır".

Rəhbərlik etdiyi Liberal Partiyasının da əsas ideya və qayəsi İnsan Azadlığı, Rifahı, Mə'nəvi inkişafıdır. Bu partiya demokratiyanı da ilk növbədə insan üçün. hər şey insan naminə ideyasıyla fəaliyyət köstərir.

Lakin Lalə Şövkətin fəlsəfəsi dar millətçilikdən çox-çox uzaqdır. Bu fəlsəfə millötin sağlam xüsusiyyətləriylə nə qədər qidalanırsa, bir o qədər də ümumbəşəri məzmunla dolğunlaşır.

"Bədbəxt o adamdır ki, dünya onun evinin gəndarında bitir". - deyir.

Lalə Şövkət üçün varlıq-maddi anlayış deyil. Varlıq içərimizdə, iç dünyamızdakı mübarizəmizdir. Ən mürəkkəb, ağır müharibələr də məhz öz daxilimizdədir. Hər düşüncəli insan-içərisindəki təmənanı-hərisliyi, qəbahətləri məhv edib öldurməlidir.

Məhz buna körə də o, ucadan bəyan edir ki, "demokratiya -mədəniyyətdir, mədəniyyətin səviyyəsinin göstəricisidir".

Mədəniyyət yoxdursa, demokratiya öz əksinə çevrilir. Mədəniyyət yoxdursa, cəmiyyətdə zorakılıq, hərcmərclik, xaos baş tutub kedir.

Mədəniyyət və mə'nəviyyat ilkin və son məqsəd olmalıdır.

"Son illər mə'nəviyyatsızlığın tüğyan etdiyinin şahidi oluruq. Bu bizim ən böyük faciəmizdir. Bu kün Azərbaycanın ən ağır itkisi - mə'nəviyyatdır. İqtisadi böhrandan çıxmaq olar, itirilmiş, torpaqları qaytarmaq olar, lakin itirilmiş, məhv olmuş mə'nəviyyatı bərpa etmək mümkün deyil. Mə'nəviyyat olmazsa ləyaqətdə ola bilməz, ləyaqət olmayan yerdə qürurlu millət ola bilməz".

Bax belə! Lalə Şövkət qısa, lakonik aşıb-daşan enerji ilə danışır. Şəxsi həyat təcrübösinin bəhrəsi olan bir ideal kimi qəlbinin dərinində yaşanan söz və ifadələrlə ovsunlayır, təlqan edir, sehirləyir...

Əlbəttə, Lalə Şövkət ilk növbədə siyasətçidir, milli mühitdən daha keniş keosiyasi məkanın, müasir, miqyaslı diplomatiya və siyasət ərazisinin insanşünas filosofu və ideoloqudur.

O, heç kəsə bönzəmir, heç kəsə oxşamağa çalışmır. O, əsil, peşəkar siyasətçidir. Fitrən, təbiətən cəmiyyətşünasdır. Bu o deməkdir ki, o, nəinki fakt və olayları törədən kökləri və səbəbləri araşdırmağı bacarır, eyni zamanda xüsusi duyum və küclü fəlsəfi intuisiyayla hadisələri proqnozlaşdırır. Başqa həmkarlarından fərqli olaraq Lalə Şövkət baş verənlərə tarixi nöqteyi-nəzərdən sistemli, şəkildə yanaşır və onları dəqiq dəyərləndirir.

Senekanın sözləri siyasətçinin təfəkkür və fəaliyyətinin məğzini təşkil edir: "Dərk etmək istəsən həqiqəti sən, Əzəli mənbədən, qaynaqdan öyrən!"

Lalə Şövkət dünya fəlsəfə tarixini dərindən öyrənir və müasir dövrümüzün spesifikasına uyğun tətbiq edir. Platon, Aristotel, Spinoza, Hobbs, Monteskye, Kant, Hegel... onun üçün tək bilik mənbəyi deyil. Müasir prosesləri dərindən təhlil etmək üçün, keçmişin təcrübəsindən keçirib olduqları, olacaqları düzkün, dəqiq qiymət vermək üçün, konkret nəticəyə kəlmək üçündür: "Demokratik dövləti ən yaxşı, seçilmiş ağıllar idarə etməlidir! ABŞ-da keçirilmiş prezident seçkiləri əyani surətdə köstərir ki, intellektual arsenalında üç mö'təbər universitet olan Bil Klintonun yüksək təhsil məziyyəti qarşısında Ross Peronun milyardları acizdir".

Lalə Şövkətin siyasətdə və elmdə qadın-kişi ierarxiyasından və bu zəmində diskriminasiyalardan acığı kəlir. Ona "qadın" xitabı ilö müraciət edənləri dörhal dayandırıb, haqlı olaraq, ağıl, təfəkkür, yaradıcı fəaliyyət qadınlığa-kişi.